
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzdində fəaliyyət göstərən Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” və Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin birgə təşkilatçılığı ilə azərbaycanlıların soyqırımının 108 illiyinə həsr olunmuş “1918-ci il mart soyqırımı tarixi tədqiqatlarda” adlı elmi-praktik konfrans keçirilib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzdində fəaliyyət göstərən Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş vebinar keçirilib.
Soyqırımı Memorial Kompleksinin direktor müavini Mehriban Əliyevanın moderatorluğu ilə keçirilən vebinarda 1918-ci ilin soyqırımı hadisələrinin tarixi mahiyyəti, Azərbaycan xalqına qarşı törədilmiş qırğınların nəticələri və bu hadisələrin beynəlxalq ictimaiyyətə çatdırılmasının əhəmiyyəti barədə çıxışlar olunub.
Gəncə Dövlət Tarix-mədəniyyət qoruğunun elmi işçisi Vəfa Əliyeva çıxış edərək 1918-ci ilin mart hadisələrinin tarixi faktlar əsasında araşdırılmasının vacibliyini vurğulamış, həmin dövrdə azərbaycanlılara qarşı törədilən qırğınların yaddaşlarda yaşadılmasının və gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən danışmışdır.
Daha sonra çıxış edən Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin mütəxəssisi tarix üzrə fəlsəfə doktoru Təhminə Əliyeva 1918-ci ildə Quba və ətraf bölgələrdə azərbaycanlı əhaliyə qarşı törədilmiş qırğınlar, aparılan arxeoloji tədqiqatlar və kütləvi məzarlıqların aşkar olunmasının tarixi əhəmiyyəti barədə vebinar iştirakçılarına ətraflı məlumat verib.
Vebinarda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeçiliyində fəaliyyət göstərən qoruqların ümumilikdə 30-a yaxın əməkdaşı iştirak edib.
“1918-ci il azərbaycanlılara qarşı törədilmiş soyqırımı hadisələri” adlı növbəti vebinar keçirilib
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində olan Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin təşkilatçılığı ilə “1918-ci il azərbaycanlılara qarşı törədilmiş soyqırımı hadisələri” adlı növbəti vebinar keçirilib. Kompleksin direktor müavini Mehriban Əliyevanın moderatorluğu ilə keçirilən tədbirdə çıxış edən kompleksin əməkdaşı Orxan Hüseynov kompleksin yaradılması və fəaliyyəti barədə məlumat verərək vebinar iştirakçılarını kompleksin muzeyi ilə də tanış edib. O bildirib ki, ötən əsrin əvvəllərində erməni-daşnak quldur dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi etnik təmizləmə və təcavüz siyasəti nəticəsində Bakı, Quba, Qarabağ, Şamaxı, Kürdəmir, Salyan, Lənkəran və digər bölgələrdə on minlərlə günahsız azərbaycanlı qətlə yetirilmiş, xalqımıza qarşı XX yüzilliyin ən faciəli soyqırımlarından biri törədilmişdir. Təkcə Quba qəzasında 1918-ci ilin aprel-may ayları ərzində 167 kənd tamamilə dağıdılmışdır. Quba şəhərində yerləşən kütləvi məzarlıqda soyqırımı nəticəsində hədsiz amansızlıq və xüsusi qəddarlıqla öldürülən azərbaycanlılarla yanaşı, ləzgilərin, yəhudilərin, tatların və digər milli azlıqlara mənsub minlərlə insanın da zorakılığa məruz qaldığı aşkar edilmişdir. Sonda iştirakçıları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edək ki, vebinarda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqlardan 20-dən çox əməkdaş iştirak edib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzdində fəaliyyət göstərən Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzdində fəaliyyət göstərən Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə azərbaycanlılara qarşı törədilmiş soyqırımların 108-ci ildönümü münasibətilə tədbir təşkil olunub.
" Gulustan Palace"

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran Regional İdarəsinin əməkdaşları üçün “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikasının Qanununa edilmiş son dəyişikliklər və Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu ilə bağlı maarifləndirici görüş keçirilmişdir.
“1918-ci il Azərbaycanlılara qarşı törədilmiş soyqırımı hadisələri” adlı növbəti vebinar keçirilib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində olan Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin təşkilatçılığı ilə “1918-ci il azərbaycanlılara qarşı törədilmiş soyqırımı hadisələri” adlı vebinar keçirilib.
“1918-ci il Azərbaycanlılara qarşı törədilmiş soyqırımı hadisələri” adlı növbəti vebinar keçirilib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində olan Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin təşkilatçılığı ilə “1918-ci il azərbaycanlılara qarşı törədilmiş soyqırımı hadisələri” adlı vebinar keçirilib. Kompleksin direktor müavini Mehriban Əliyevanın moderatorluğu ilə keçirilən tədbirdə çıxış edən kompleksin əməkdaşları —Səriyyə Abidova, Ülkər Zeynalova və İslam Aslanov bildiriblər ki, 1918-ci ildə Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər.
Ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində verildi. 200 ildən çoxdur ermənilərin “böyük Ermənistan” xülyası çərçivəsində törətdikləri vəhşiliklərin, şəhidlərimizin qısasını Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında aldı. Ermənistanın 30 il davam edən işğalına son qoyuldu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Sonda iştirakçıları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edək ki, vebinarda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqlardan 25-dən çox əməkdaş iştirak edib.
“1918-ci il Azərbaycanlılara qarşı törədilmiş soyqırımı hadisələri” adlı vebinar keçirilib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində olan Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin təşkilatçılığı ilə “1918-ci il azərbaycanlılara qarşı törədilmiş soyqırımı hadisələri” adlı vebinar keçirilib. Kompleksin direktor müavini Mehriban Əliyevanın moderatorluğu ilə keçirilən tədbirdə çıxış edən kompleksin əməkdaşları — tarix üzrə fəlsəfə doktoru Təhminə Əliyeva, Nurcan Allahverdiyeva və Orxan Hüseynov bildiriblər ki, Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəklədirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmçinin bildirilmişdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaratmış, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görmüşdür. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılmış, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınmışdır. Yalnız 80 il sonra – 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilmiş və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.
Sonda iştirakçıları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edək ki, vebinarda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqlardan 35-dən çox əməkdaş iştirak edib.
"Kultepe – The Ancient Cradle of Azerbaijan’s History"

"Artistic Ceramics in Azerbaijan"

Artistic ceramics is one of the oldest branches of Azerbaijani craftsmanship and has maintained its significance to this day. This art has served both the needs of daily life and the aesthetic demands. According to experts, the emergence of this art form dates back to the Neolithic period. Primarily practiced by women, pottery evolved during the Eneolithic period through various technical achievements and artistic progress, eventually becoming an independent art form. The formation of aesthetic concepts among the local population led to an increase in the decorative features of ceramic products. Simple geometric and botanical motifs, initially intended to be protective and magical, gradually became ornamental systems as their decorative qualities were discovered.
Azerbaijani potters have created decorative works rich in various shapes and patterns. Each region has its own distinctive style and ornaments. Gobustan, Shirvan, Nakhchivan, and other regions have been centers of ceramic production. Artistic ceramics have been used to create both utilitarian and decorative objects. Ceramic tools and dishware reflect the daily life of the people. This art has been passed down from generation to generation, preserved, and lived on. In the modern era, Azerbaijani potters participate in both national and international exhibitions. Thus, artistic ceramics remain an inseparable and valuable part of Azerbaijani cultural heritage.

