Visit of the Department Director at “Simon Visente Center” in Los Angeles, USA, to Genocide Memorial Complex

Participant of the 43rd Session of the UNESCO World Heritage Committee, Department Director at “Simon Visente Center” in Los Angeles, USA, visited the “Genocide Memorial Complex” in Guba city. During his visit director of the Complex doctor of historical sciences (PhD) Rachshanda Bayramova welcomed the guest and acquainted him with the one of the most tragic genocides of the XX century, informed him about massacre admitted  by Bolshevik-Armenian armed formations  in Baku, Guba, Shamakha, Goychay, Javad, Salyan, Karabakh, Zangezur, Naxchivan, Lankaran and other regions of Azerbaijan, also destroyed and set on fire more than thousand villages there. She noted that only in April-May, 1918 in the Guba region 167 villages were destroyed underwent marauding and the fires, there was punishment over Muslims and partly the Jewish population.

“Alovlu Qafqaz” Folklor Rəqs və Yaradıcılıq Festivalının iştirakçıları Soyqırımı Memorial Kompleksində

21.06.2019-cu il tarixində “Alovlu Qafqaz” III Uşaq Gənclərin Beynəlxalq Folklor Rəqs və Yaradıcılıq Festivalının 700 dən çox iştirakçısı Soyqırımı Memorial Kompleksini ziyarət etmişlər. Ziyarət zamanı Gürcüstanı, Rusiyanın Şimali Osetiya–Alaniya, Dağıstan, İnquşetiya, Kabardin-Balkar, Qaraçay-Çərkəz respublikalarını, eləcə də Azərbaycanın müxtəlif uşaq gənclər inkişaf mərkəzlərini təmsil edən iştirakçılara Azərbaycan torpaqlarında törədilən erməni vəhşilikləri haqqında ətraflı məlumat verilmişdir.

Kompleksdə “Hüquqlarımızı bilək və qoruyaq” mövzusunda maarifləndirici tədbir təşkil edilmişdir.

07.06.2019-cu il tarixində Quba Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası İnsan Hüqüqları üzrə Müvəkkili (Ombudsmanın) Quba Regional Mərkəzi və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin təşkilatçılığı ilə “İnsan Hüquqları aylığı” çərçivəsində gənclərin iştirakı ilə “Hüquqlarımızı bilək və qoruyaq” mövzusunda maarifləndirici tədbir təşkil edilmişdir. TədbirdəAzərbaycan Respublikası İnsan Hüqüqları üzrə Müvəkkili (Ombudsmanın) Quba Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, QRİH-nin məsul əməkdaşı Qəmbər Abdullayev və Soyqırımı Memorial Kompleksinin direktoru tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova mövzu barədə çıxışlar etmişlər.
Çıxış edən natiqlər belə məzmunlu tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışaraq, ölkəmizdə insan hüquq və azadlıqlarının, o cümlədən azyaşlı və gənclərin hüquqlarının müdafiəsi, insan hüquqlarının təmin olunmasında yeni mərhələ açan Milli Fəaliyyət Proqramında bu sahə üzrə prioritet istiqamətlərin müəyyən olunmasından bəhs etmişlər. Çıxışlarda bir daha vurğulanmışdır ki, tədbirin keçirildiyi Soyqırım muzeyi heç də təsadüfi seçilməmişdir. Beləki, məhs bu məkanda 101 il öncə kütləvi surətdə dinc günahsiz insanların yaşamaq hüquqları əllərindən alınmışdır. Kütləvi məzarlığın aşkarlandığı bu müqəddəs məkanda belə maarifləndırıcı tədbirlərin keçirilməsi dünyaya bir ismaricdır.
Tədbirin sonunda iştirakçılara mövzu ilə bağlı bukletlər təqdim olunmuşdur.

“18 May Beynəlxalq Muzeylər Günü”

Muzeylər mənəvi dəyərləri toplayan, qoruyan və təbliğ edən müəssisələrdir. Beynəlxalq Muzeylər Günündə ölkəmizin bütün muzeylərində və qoruqlarında “Açıq Qapı Günü” elan edilir. Bu gün ilə əlaqədar Memorial Kompleksə gələn çoxlu sayda yerli və əcnəbi ziyarətçilər muzeyi ekskursiya etmiş, həmçinin Kompleksin məlumat mərkəzinə dəvət edilərək, Heydər Əliyev Fondu tərəfindən müasir avadanlıqlarla təchiz olunmuş zəngin kitabxana, oxu zalı, audiobələdçilər və Kompleksin rəsmi veb-saytı ilə tanışl olmuşlar. Ziyarətçilərə 1918-ci ildə baş vermiş soyqırımı faktlarını əks etdirən kitablar və 3 dildə 16 adda tərtib olunmuş bukletlər təqdim edilmişdir.