• office@soyqirim.az
  • (023)335-37-07
"Əlincə qalası"

Culfa rayonunun Xanəgah kəndində Əlincəçayın sağ sahilində yerləşən tarixi memarlıq abidəsi Əlincə qalası Naxçıvan- Marağa memarlıq məktəbinin ən qiymətli nümunələrindən biridir. Tədqiqaçıların fikrincə, Əlincə qalası bizim eradan əvvəl inşa edilmiş və eramızın V əsrində bərpa edilmışdır. Əlincə dağının ən uca zirvəsində yerləşən Qala tarixdə daha çox Azərbaycan Atabəylərinin iqamətgahı və xəzinə yeri kimi tanınmışdı. “Kitabi Dədə Qorqud” dastanı Əlincə qalasından bəhs edən ilk yazılı mənbədir.
Abidə 2007-ci ildə dünya əhəmiyyətli abidələrin siyahısına daxil olmuş və bu gün də Əlincə qalasında genişmiqyaslı bərpa işləri aparılır.

Paylaş

Spread the love