• office@soyqirim.az
  • (023)335-37-07
Ölkəmizdə muzey işinin təşəkkülü və inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Ölkəmizdə muzey işinin təşəkkülü və inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə 1969-cu ildə “Respublikada muzey işinin yaxşılaşdırılması haqqında” qərar qəbul edilib. Bu sənəd ölkəmizdə muzeylərin inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə, onların şəbəkəsinin genişləndirilməsinə təkan verib. Daha sonra 1980-ci ildə muzey işinə dair növbəti qərar Respublika Mədəniyyət Nazirliyinin Muzeylər İdarəsi, Muzey İşi üzrə Elmi-metodiki Mərkəz, Muzey Ekspozisiyalarının Bədii Tərtibatı Emalatxanası, Muzey Sərvətləri və Xatirə Əşyalarının Bədii Bərpa Mərkəzlərinin yaradılması üçün qəbul olunmuşdur.
1980-1982 ci illlərdə Respublikada 30-a yaxın muzeylə fəaliyyətə başlayan və hazırda ölkəmizin bütün bölgələrini əhatə edən Tarix-diyarşünaslıq muzeyləri məhz Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü sayəsində yaradılmışdır. Azərbaycan mədəniyyətinin Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Bülbül, Səməd Vurğun, Niyazi və digər nəhəng simaların memorial-xatirə və ev muzeyləri onun iradəsi ilə yaradılmışdır.
İkinci dəfə hakimiyyətə qayıdışından sonra muzeylərin fəliyyətinə xüsusi diqqət yetirən Ümummilli lider Heydər Əliyev muzey işinin müasir prinsiplər əsasında inkişaf etdirilməsi məqsədilə 24 mart 2000-ci ildə “Muzeylər haqqında” qanun qəbul etmişdir. Bu qanun Azərbaycan Respublikasında muzeylərin fəaliyyətinin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir, onlarla bağlı münasibətləri tənzimləyir. Muzeylərin qorunub saxlanılması və milli irsimizin təbliği siyasəti Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Bu gün Azərbaycan muzeyləri milli-dəyərlərimizin, milli irsimizin mühafizəsini həyata keçirir və ideoloji məkan olaraq azərbaycançılıq məfkurəsini uğurla təbliğ edir.

Paylaş

Spread the love