• office@soyqirim.az
  • (023)335-37-07
Qubanın meyvəçilik rayonu kimi formalaşması Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi illərdə Respublikamızda, xüsüsən də Qubada bağçılığın inkişafı dövlət siyasətinin tərkib hissəsinə çevrilmişdir. Məhz onun təşəbbüsü ilə 1974-cü ildə “Meyvəçiliyin intensivləşdirilməsi və ixtisaslaşdırılması əsasında daha da inkişaf etdirilməsi tədbirləri” haqqında hökümət qərarının qəbul olunması Azərbaycanda bağçılıq təsərüfatının inkişafında, sözün əsl mənasında, yeni mərhələnin başlanğıcı oldu. Bu qərardan sonra Respublika iqtisadiyyatının tənzimlənməsi və daha da inkişaf etdirilməsi üçün mühüm addımlar atıldı və bir neçə il ərzində təkcə Qubada 14 min hektardan çox intensiv tipli yeni bağlar salındı. Xatırladaq ki, o vaxtadək Azərbaycanın heç bir rayonunda bu qədər intensiv tipli bağ sahəsi olmamışdır.
Ümümmilli lider keçmiş sovet respublikalarından mütəxəssisləri Qubaya dəvət etdi. 1983-1984-cü illərdə bağların hər hektarından orta hesabla 450-500 sentner məhsul toplanıldı. 1984-cü ildə Quba bağbanları rayonun tarixində ilk dəfə olaraq 100 min tondan çox meyvə toplamağa müvəffəq oldular.
Müstəqiliyin bərpasında sonrakı ilk illərdə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə aqrar islahatlara start veriləndə Qubada 37 kolxoz, sovxoz və digər bu tip dövlət müəssisəsi mövcud idi. İslahat nəticəsində həmin müəssisələrə məxsus olan 13424 hektar meyvə bağı vətəndaşların xüsusi mülkiyyətinə verildi. Hazırda Qubada17 min hektara yaxın meyvə bağı var. Bunun 13 min hektarı alma bağlarıdır.

Paylaş

Spread the love