XƏLIL BƏY XASMƏMMƏDOV
Xəlil bəy Xasməmmədov 1873-cü ildə Gəncədə anadan olmuşdur. Bütün
ömrünü, bilik və bacarığını millətinin azadlığı uğrunda mübarizəyə həsr etmiş X.Xasməmmədov Rusiyanın II və III Dövlət Dumalarında Azərbaycanı layiqincə təmsil etmişdir. O,1917-ci ilin aprelində Bakıda, may ayında isə Moskvada keçirilmiş ümum-Rusiya Müsəlmanları Qurultayında iştirak etmiş, “Müsavat” partiyasının birinci qurultayında Mərkəzi Komitənin üzvü seçilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti qurucularından biri olan X.Xasməmmədov Azərbaycanın ilk ədliyyə naziri vəzifəsində işləmiş və milli maraqları nəzərə almaqla dünyəvi dəyərlər zəmnində ilk dəfə Ədliyyə Nazirliyinin Əsasnaməsini hazırlamışdır.
1920-ci ilin aprel işğalı nəticəsində Türkiyəyə köçməyə məcbur qalmış X.Xasməmmədov mühacirətdə mübarizəsini “Yeni Qafqasya”, “Azəri-türk”, “Odlu yurd”, “Azərbaycan yurd bilgisi”, “Prometey”, “Kavkaz”, “İstiqlal” və “Qurtuluş” adlı qəzet və jurnallarında siyasi məzmunda məqalələri ilə çıxış edərək, əsasən, qələmi, sözü ilə aparmışdı.
Paylaş