• office@soyqirim.az
  • (023)335-37-07
"Şahbulaq qalası"

1750-1752-ci illərdə Qarabağ xanı Pənahəli xanın istəyi ilə inşa olunmuş Şahbulaq qalası Ağdam şəhəri yaxınlığında Şahbulaq adlı ərazisində yerləşir. Ehtimal olunur ki, qalanın adı da burada yerləşən gursulu bulağın adından – Şahbulağından götürülmüşdür. Şahbulaq qalası Qarabağ xanlığının ərazisində inşa etdirilmiş ikinci qaladır.

Şahbulaq qalası Bayat qalasından öncə Qarabağ xanlığına inzibati mərkəz kimi inşa edilmişdir. Müdafiə tipli tikili olan qala müəyyən bir dövr ərzində yaşayış yeri kimi istifadə olunsa da, sonradan təkcə gözətçi məntəqəsi kimi istifadə olunub. Elmi ədəbiyyatda “Şahbulaq qəsri” adı ilə tanınan abidə, əslində, iri qəsr kompleksinin içqalası olmuş, onun yanında xanın iqamətgahı olmuşdur. Yığcam quruluşlu bu qala düzbucaqlı biçimdədir və onun bayır divarları dairəvi və yarımsilindrik bürclərlə möhkəmləndirilmişdir. Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra Şahbulaq qalası ən çox erməniləşdirilməyə məruz qalan abidələrimizdən biridir. İşğaldan azad olunanadək ermənilər qaladan kilsə kimi istifadə ediblər.
44 günlük müharibədə Ağdam şəhərinin erməni tapdağından azad olunmasından sonra burada bərpa-tikinti işləri aparılır.

Paylaş

Spread the love