Tarixçilərin qələmindən : tarix elmləri doktoru Nigar Gözəlova.
1919-1921-ci illərdə Böyük Britaniyanın Zaqafqaziyadakı diplomatik nümayəndəsi olan Uordropun 15 dekabr 1919-cu il tarixli məlumatında deyilirdi: «Azərbaycanın baş naziri telegram göndərərək erməni nizami topçu qoşunlarının ittiham edirdi. Ermənilər Zəngəzurun kəndlərini məhv etmiş qırğın törətmişdilər. O qeyd edir ki, dekabr ayının 9-da Görusdan cənub-şərqdə Kədəkləkli, Əsgərli və Pərçəvan kəndləri məhv edildi və mühasirəyə alınmış Oxçu ilə Kığı dərələrindəki müsəlman kəndləri artilleriya atəşi ilə dağıdılıb. O, Azərbaycanın Zəngəzurda bircə əsgərinin də olmadığını bildirdi. Zatı-aliləri Zəngəzurdakı erməniləri tərk-silah etmək üçün bitərəf ölkələrdən zabitlər göndərməyi xahiş edir. Əks təqdirdə Azərbaycan mehriban qonşuluğu təmin etmək üçün tədbirlər görmək məcburiyyəti qarşısında qalacaq».
Nigar Gözəlova. Azərbaycanın türk-müsəlman əhalisinin soyqırımı Britaniya kitabxanasının arxiv sənədlərində (1918-1920). Bakı 2017.Səh.30
Paylaş