Kompleksin eksponatları - “İstiqlal” qəzeti, 29 mart 1919-cu il, № 7, Bakı
Matəmli gün
Azərbaycan tarix əsarətinin ən məlum bir timsalı 31 mart faciəsi, matəmli günüdür. 31 mart yad edilməli və bilinməlidir ki, düşmənlərimiz bu qara gündə hüququmuza təcavüz etmiş… Milli mövcudiyyətimizə və müqəddəratımıza qanlı bir cizgi çəkmək istəmişlər. Matəmli günü yad edəlim. Matəm tutalım. Çünki o gün ümid və etimadımızı qırdılar. Çünki o gün millət və milliyətimiz vəhşət və zülmün ən böyüyünü tanıdı, duydu. Matəm bizə vətənpərvərliyi bildirəcək. Vətən yolunda ölməyin, Vətən üçün qurban verməyin mənəvi ləzzətini hiss etdirəcəkdir. Matəm istiqlal və hüriyyətimizin mənəvi dirəyi olacaqdır. Hürriyyət və istiqlaliyyət üçün ölmək bir şərəf, yaşamaq bir vəzifədir.
Rəhmət olsun Sizə, ey şəhidlər! Hörmət və təzim olsun Sizə, ey Vətən qəhrəmanları! Salam və dua olsun Sizə, ey millət fədailəri!
“İstiqlal” qəzeti, 29 mart 1919-cu il, № 7, Bakı.
Paylaş