• office@soyqirim.az
  • (023)335-37-07
Həsənqala döyüşü

Birinci Dünya müharibəsi başlayanda özünü Rusiyanın müttəfiqi kimi qələmə verən Daşnaksutyun partiyası Muradyanın rəhbərlik etdiyi 2 min nəfərlik erməni qoşununu cəbhəyə yola saldı. Əslində isə bu qoşun cəbhəyə getməyib Xudat stansiyasında dayandı. 1917-ci ilin dekabrında Bakıdan gələn döyüş drujinası (bu drujinanın üzvləri özlərini bolşevik adlandıran erməni daşnaklarından ibarət idi) Dəvəçidə və Xaçmazda qiyamı yatırtmaq adı ilə dinc əhaliyə divan tuturdular. Qorxuya düşən bəzi kəndlərin əhalisi meşələrə çəkilmişdi. Amma Xaçmazın Həsənqala kəndinin əhalisi ermənilərə müqavimət göstərməyi qərara almışdı. Daşnaklar Həsənqala ətrafında döyüş üçün 600 əsgər, iki top və dörd pulemyot cəmləşdirmişdilər.
Şıxlarlı İbrahim bəyin, Möhübəli Əfəndinin, Hatəm ağa Cağarvinin və Əli bəy Zizikskinin dəstələri Həsənqala ətrafında gedən döyüşdə düşmənin xeyli canlı qüvvəsini və bir topunu sıradan çıxartdılar. Nəticədə müdafiəçilər Gavdişan düzünə tərəf sıxışdırılan polkovnik Muradyanın qüvvələrini darmadağın edib, onun 200 əsgərini əsir alırlar və Quba həbsxanasına salırlar.

Paylaş

Spread the love