• office@soyqirim.az
  • (023)335-37-07
"Qazançı qalası "

Qazançı qalası Culfa rayonunun Qazançı kəndindən şimalda, Əlincəçayın sahilində yerləşən tarixi-arxeoloji abidədir. Abidənin yaranması e. ə. III minillikdə Azərbaycan ərazisində geniş məskunlaşmış qədim kas türklərinin adı ilə bağlıdır. Qazançı qalası “Kitabi-Dədə Qorqud” dastanının baş qəhrəmanı Qazan xanın adı ilə də əlaqələndirilir.
Çoxpilləli möhtəşəm müdafiə sistemindən ibarət olan qalada sədlərdən bir-birinə keçid yolu mövcud idi. Qazançı qalası ehtimal olunduğu kimi, artıq e.ə. II minilliyin əvvəlində Əlincəçay vadisində yaşamış iri tayfa birliyinin mərkəzi olmuşdur.
Qala 1985-ci ildə bənd tikintisi adı ilə erməni mühəndisləri tərəfindən partladılmışdır.
Qazançı qalasından toplanmış yerüstü nümunələrindən -dən daşları, boz və çəhrayı rəngli gil qab (küpə, kasa, çölmək tipli qablar və s.) ibarət tapıntılar Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyində saxlanılır.

Paylaş

Spread the love