• office@soyqirim.az
  • (023)335-37-07
Tarixdə bu gün: Azərbaycan Parlamentinin ilk iclası

7 dekabr 1918-ci il tarixində H.Z.Tağıyevin “Nikolayev” (indiki “İstiqlaliyyət”) küçəsində yerləşən keçmiş Qızlar məktəbinin binasında ilk parlamentin birinci iclasının açılışı olmuşdur. Parlamenti açıq elan edən Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə böyük təbrik nitqi ilə çıxış etmişdi. Sədri Ə.Topçubaşov, birinci müavini isə Həsənbəy Ağayev seçilmş parlamentin üzv sayı 120 nəfər olaraq müəyyənləşdirilmişdir.
Cəmi 17 ay fəaliyyət göstərməsinə (1920-ci il aprelin 27-dək) baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti özünün yüksək işgüzarlıq qabiliyyətini sübut edərək müzakirəyə 270-dən artıq qanun layihəsi çıxarmış, onlardan 230-a yaxını təsdiq edilmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti bütün fəaliyyətini ölkənin sosial-iqtisadi problemlərinin həllinə, ölkənin siyasi və ərazi toxunulmazlığını təmin etməyə, dövlətin demokratik və hüquqi əsaslarını möhkəmləndirməyə, Azərbaycanın beynəlxalq miqyasda tanınmasına, onun xarici ölkələr ilə çoxşaxəli əlaqələrinin genişlənməsinə yönəltmişdi. Gənc müstəqil respublikada cəmiyyət həyatının müxtəlif sahələrini əhatə edən bu mükəmməl qanunlar özünün mütərəqqiliyi, demokratik ruhlu olması ilə fərqlənirdi.

Paylaş

Spread the love