• office@soyqirim.az
  • (023)335-37-07
Tarixçilərin qələmindən
Tarix üzrə fəlsəfə doktoru Kamran İsmayılov “Zəngəzurda Azərbaycan xalqına qarşı soyqırımı” adlı kitabında yazır…
Fövqəladə Təhqiqat Komissiyasının materiallarında, N.Mixaylovun məruzəsində erməni vandalizmi şahid ifadələri ilə konkret faktlarla sübut edilmişdir. Zəngəzur qəzasının Vağudi (Vaqədi) kəndinə hücum edən erməni silahlıları məscidə sığınmış 400 müsəlmanı vəhşicəsinə qətlə yetirmişdir. Kəndin 15 gənc qızı təhqirlərə dözməyərək özlərini öldürmüşdülər. Qədimə Tahir qızını xəncərlə qətlə yetirib, südəmər körpəsini doğramışdılar. Erməni cəlladları ən qəddar cinayəti qəzanın ən böyük türk kəndlərindən olan 380 tüstülük Şəkidə həyata keçirmiş, kəndin 500 sakini (140 kişi, 160 qadın, 200 uşaq) qətl edilmiş, 146 nəfər isə yaralanmışdır.
Mənbə: Kamran İsmayılov “Zəngəzurda Azərbaycan xalqına qarşı soyqırımı” (1918-1920), səh.8

 

Paylaş

Spread the love