Cənubi Qafqazı, o cümlədən Şərqi Anadolunu türk-müsəlman əhalidən “təmizləmək” üçün Böyük dövlətlərin dəstəyinə arxalanan Ararat Respublikasının həyata keçirdiyi soyqırımı siyasəti nəticəsində Azərbaycanın Naxçıvan bölgəsi ilə yanaşı, tarixi Azərbaycan torpağı olan İrəvan bölgəsinin də azərbaycanlılar yaşayan kəndləri tamamilə yerlə-yeksan edilmiş, bölgənin azərbaycanlı əhalisi öz yurd-yuvalarından didərgin düşmüşdü. Ermənilərin və onların havadarlarının 1-ci Dünya müharibəsi dövründə Şərqi Anadoluda müstəqil erməni dövləti yaratmaq niyyətlərinin baş tutmamasından və Rusiyada 1917-ci il oktyabr çevrilişi nəticəsində rus qoşunlarının Türkiyə torpaqlarından geri çəkilməsindən sonra İrəvan quberniyası ərazisində erməni dövləti yaratmaq ideyası daha da reallaşmağa başladı.
Mənbə: Şərqi Anadolu, Naxçıvan və İrəvan bölgələrində ermənilərin türk-müsəlman əhaliyə qarşı törətdikləri soyqırımlar (1918-1920) – səh.40-41