• office@soyqirim.az
  • (023)335-37-07
"Darkənd günbəzi"

Ordubad rayonunun Darkənd kəndində yerləşən Darkənd günbəzi kompozisiyası və dekorativ elementləri ilə fərqlənir. Darkənd günbəzi kərpicdən hörülmüş, orta hissəsi bürcvari türbələr formasında olub, yuxarı hissədən günbəzlə tamamlanır. Türbənin üzərindəki tünd-bənövşəyi rəngli keramika və adi bişmiş kərpicdən hörülmüş sadə naxışlar yeganə bəzək elementidir. Üzərində kitabə olmadığından türbənin tarixini dəqiq müəyyənləşdirmək mümkün deyildir. Lakin kompozisiya quruluşu, üzərindəki keramika bəzəklərinin rəngi abidənin Qarabağlar və Bərdə türbələrindən daha sonra tikildiyi mülahizəsini irəli sürməyə imkan verir. Bu mülahizəyə əsasən, Darkənd türbəsinin XIV əsrin sonlarında və ya XV əsrin əvvəllərində inşa edildiyi ehtimal olunur.

Paylaş

Spread the love