• office@soyqirim.az
  • (023)335-37-07
Tağlı körpü

1851-ci ildə Qudyalçay üzərində taxta körpü tikilmişdir.   Lakin  bu körpünü ömrü  uzun  olmamış və 1894-cu ildə yeni  körpünün  tikintisinə başlamışdır.Körpü 14 daş dayaq üzərində bişmiş kərpiclə tikilmişdir. Tağlı körpü memarlıq abidəsi kimi dövlətin mühafizə etdiyi abidələr  siyahısına daxil edilmişdir. Tağılı körpünün əsrin əvvəllərinə aid arxiv fotoşəkili  Quba Soyqırımı Memorial Kompleksində muzeyin birinci hissəsində yer alır.  Bu abidə Quba şəhərini və Qırmızı Qəsəbəni birləşdirən körpüdür. Bu körpüdən əsrlərdir yerli və burada  yaşayan dağ yəhudiləri istifadə edərək, qardaş şəklində yaşayırlar. Tağlı körpü həm də Quba soyqırımı hadisələri ilə bağlı olan tarixi abidədir. Belə ki, Qubaya gələn erməni vandallarına qarşı yerlilər tərəfindən  Tağlı Körpü yaxınlığındakı hazırda “40 piləkən” adlandırılan ərazidə müqavimət göstərilmiş və burada silahlı quldur erməni dəstələrinə qarşı mübarizə aparılmışdır.

Paylaş

Spread the love