• office@soyqirim.az
  • (023)335-37-07
#evimyeniişyerim# Tariximizi öyrənək-öyrədək! Azərbaycanın multikultural mühiti- AVARLAR. Azərbaycanın rəngarəng etnik xəritəsində özünəməxsus yer tutan, özlərini əsasən «maarulal» adlandıran avarlar bu torpaqlara indiki Dağıstan Respublikasının ərazisindən köç etmişlər.

Hazırda avarların böyük bir hissəsi Dağıstanın cənub-qərb hissəsində yaşayır. Azərbaycanda isə avarlar şimal-qərb bölgələrində – Balakən rayonunun Mahamalar, Matsex, Bərətbinə, Katex, Çədərovtala, Qasbinə, Qəbizdərə, Qoçəhməd, Qabaqçöl, Xırxatala, Beretbinə, Mazımqara, Sarıbulaq, Uzuntala, Mollaçıbinə, Pirdax, Meşə Şambul, Cincarta- la, Hotavar Kilsəbuqov, Zaqatala rayonunun Car, Axaxdərə, Yuxarı Tala, Aşağı Tala, Göyəm, Dardoqqaz, Yolayrıc, Danaçı, Taxtalar, Çökəkoba, Aşağı Çar- daxlar, Yuxarı Çardaxlar, Silban, Makov, Oytala, Paşan, Matsex, Zilbal Qəbiz- dərə, Mazıx, Uzuntala, Yolayrıc kimi kəndlərində məskunlaşmışlar.
Avarların etnik adı – maarulal sözü «dağ xalqı», «dağlılar» və «dağ adamı» kimi izah edilir. «Avar» kəlməsi isə qədim türk mənşəli olmaqla «çılğın, dik- baş, döyüşkən, cəsarətli» anlamlarını verir. Görünür, tarixin bütün mərhələlə- rində döyüşkən xalq kimi tanınan avarların tez-tez müharibələrə cəlb edilməsi də məhz bu xüsusiyyətləri ilə bağlı idi. Bu xarakterik keyfiyyət onların etno- nimində də öz əksini tapmışdır. Qafqaza sürgün edilən rus yazıçısı Aleksandr Bestujev-Marlinski də avarları Qafqazın ən döyüşkən tayfası, azad, öz üzərin- də heç bir hakimiyyəti qəbul etməyən, cəsur, sözlərində düz, qonaqpərvər xalq kimi təsvir etmişdir.
XIX əsr Azərbaycan maarifçilərindən olan Abbasqulu ağa Bakıxanov da yazırdı ki, qüdrətli avar xalqının bir tayfası indi də Qafqaz dağlarında yaşayır və öz dilinə, adət-ənənəsinə, hökmdarına malikdir.
Bu gün Azərbaycanda digər xalqlar kimi avarların da öz milli özünəməx- adət ənənələrini qorumaq və inkişaf etdirmək üçün əlverişli şərait yaradılmışdır. Avarların sıx yaşadıqları qəsəbə və kənd məktəblərində avar dili tədris olunur. Avar ənənələrinin qorunub-saxlanılması, gələcək nəsillərə ötürülməsi üçün folklor kollektivləri, o cümlədən Balakəndə oğlanlardan ibarət «Qafqaz», «Cahan» rəqs qrupları, Zaqatalada isə «Alazan», «Hudulki» xalq rəqs qrupları fəaliyyət göstərir

Paylaş

Spread the love