• office@soyqirim.az
  • (023)335-37-07
I hissə: HÖKUMƏTƏ MƏRUZƏ

 

Azərbaycan Xalq Cümhuriyyəti Xarici İsler Naziri Məhəmməd Həsən Hacinskinin 15 iyul 1918-ci ildə hokumətə ünvanladığı məruzəsi və həmin tarixdə bu məruzəyə əsasən hazırlanmış çıxarışı, 30 avqust 1918 cil il tarixində isə çıxarışa müvafiq olaraq Komissiyanın yaradılması haqqında Gəncə şəhərində imzalanmış qərarın surəti Kompleksin muzeyində nümayiş olunur. Həmin sənədlərin fotoşəkillərini və mətnini təqdim edirik.
I hissə: HÖKUMƏTƏ MƏRUZƏ
Artıq dörd aydır ki, Azərbaycan ərazisinin müxtəlif bölgələri quldur dəstələri tərəfindən dağıdılır, bolşevik adı altında özbaşına erməni hərbi hissələri və başqaları mülki müsəlman əhalisinin həyatı və əmlakına qarşı eşidilməmiş vəhşiliklər törədirlər. Eyni zamanda həmin quldur dəstələrinin təşkilatçıları tərəfindən göndərilən yanlış məlumatlar əsasında Avropa ölkələrində ictimai fikir tamamilə əks istiqamətə yönəldilir. Ümumdövlət maraqları, əhalinin zərər çəkən qruplarının mənafeyi hökmən, elə bir təşkilatın yaradılması zərurətini irəli sürür ki, o, aşağıdakılarla məşğul olsun:
1. Bütün zorakılıq hadisələrinin dəqiq qeydiyyatının aparılması;
2.Həmin zorakılıqların törədildiyi şəraitin müəyyən edilməsi;
3.Müqəssirlərin aşkar olunması və onların vurduqları zərərin ümumi miqdarının müəyyənləşdirilməsi;
Bu təşkilat Fövqəladə Təhqiqat Komissiyası bir xarakter daşımalıdır, habelə bu komissiyanın işinin nəticələri Avropanın əsas dillərində (rus, fransız, alman, və, təbiiki, türk) elan edilməli və geniş yayılmalıdır. Bu komissiyanın təşkilinə yubanmadan başlamaq lazımdır. Hadisələrin isti izlərlə asanlıqla müəyyən edilməsi üçün – şəxslərin dindirilməsi, foto-şəkillərin çəkilməsi və digər əşyayi-dəlillərin əldə edilməsi – sonradan görmək çətinləşəcəkdir, hətta ola bilsin ki, qətiyyən mümkün olmayacaqdır. Əgər Hökumət bu təkliflə razılaşırsa, onda mən xahiş edərdim ki, həmin Komissiyanın yaradılması Nazirlərdən birinə həvalə edilsin və Komissiyanın xərcləri üçün müvəqqəti olaraq 50 00 0rubl pul ayrılsın.
Xarici İşlər Naziri Məhəmməd Həsən Hacınski, Yelizavetpol. 15 iyul 1918-ci il.

Paylaş

Spread the love