• office@soyqirim.az
  • (023)335-37-07
Tarixçilərimizin qələmindən : 1918-ci ildə erməni daşnakları tərəfindən Azərbaycanlılara qarşı törədilmiş soyqırımlarına bir baxış #genocid / 26 Mart, 2021

Natiq Məmmədzadə: 1918-1920-ci illər Azərbaycan tarixinin ən şərəfli və eyni zamanda, ən ağır, dramatik dövrlərindən biridir. Bir tərəfdən, 1918-ci il mayın 28-də Azərbaycan xalqı istiqlala qovuşmuş, milli dövlətçiliyini bərpa etmiş, Respublika formasında demokratik dövlət yarada bilmişdir. Digər tərəfdən, bu dövrdə Azərbaycan xalqı erməni millətçiləri tərəfindən törədilən soyqırımlarına məruz qalmışdır.
XX əsr Azərbaycan tarixinin ən faciəvi səhifələrindən biri Bakı Soveti və onun başçısı Stepan Şaumyanın adı ilə bağlıdır. Rusiya imperiyasının dağılması nəticəsində baş vermiş mühüm siyasi proseslərin hökmü ilə o, Azərbaycanın qədim şəhəri Bakıda və onun ətrafında bərqərar olunmuş siyasi rejimin başında durdu.
Bolşevik hərəkatının bayrağı altında çıxış edən Şaumyan əslində, Türkiyə və Azərbaycanın xeyli hissəsində erməni dövlətinin yaradılmasını özünün strateji məqsədi elan etmiş erməni millətçiliyinin maraqlarını ifadə edirdi. Bakını və ətraf qəzaları zəbt edən Şaumyanın başçılıq etdiyi siyasi qüvvə öz məqsədinə yalnız Azərbaycanlı əhalinin məhv edilməsi vasitəsilə nail ola bilərdi.
Bununla da Azərbaycanlılar öz torpağında dövlət terrorizmi siyasətinin qurbanlarına çevrildilər. Şaumyanın və onun başçılıq etdiyi Bakı Sovetinin apardığı siyasətin nəticəsində on minlərlə Azərbaycanlının soyqırımı həyata keçirildi.
Bu günahsız insanların həyatları mövcud olmayan xülyadan ibarət “Böyük Ermənistan” ideologiyasının gerçəkləşdirilməsi naminə qurban verildi.

Paylaş

Spread the love