Tarixçilərimizin qələmindən
Akademik Yaqub Mahmudov yazır:”Tarixi həqiqət belədir ki, 1805-ci ildə Rusiya ilə Azərbaycan dövləti olan Qarabağ xanlığı arasında Kürəkçay sazişi adlanan saziş bağlanmışdı. Sazişə görə Qarabağ xanlığı Rusiyanın himayəsini qəbul edir, Rusiya isə Qarabağ xanlığına daxil olan torpaqların İbrahimxəlil xana, daha doğrusu, Azərbaycana məxsus olduğunu və gələcəkdə də Qarabağ xanının varislərinə məxsus olaraq qalacağını təsdiq edirdi. Erməni tarixçiləri isə real tarixi yəni Kürəkçay müqaviləsini saxtalaşdıraraq Qarabağ xanlığı ərazisinin guya ermənilərə məxsus olduğunu və müqavilənin də ermənilərlə Rusiya arasında bağlandığını iddia edirlər. Halbuki ermənilərin İran və Türkiyədən Azərbaycana, o cümlədən Qarabağ xanlığının ərazisinə köçürülməsinə Kürəkçay sazişinin imzalandığı 1805-ci ildən çox sonra – 1828-ci ildə başlanmışdı. Ermənilərin özləri 1978-ci ildə İrandan bura, yəni Qarabağa köçürülmələrinin 150 illiyini bayram etmiş, bu münasibətlə Ağdərə rayonunun Marquşevan kəndində bir xatirə abidəsi də inşa etmişdilər. 1988-ci ildə erməni separatçı-terrorçu dəstələri “tarixi həqiqətin izini itirmək” məqsədilə ermənilərin Qarabağa gəlmə etnos olduğunu təsdiq edən bu abidəni dağıtmışlar. Hazırda həmin abidənin qalıqları Azərbaycan Respublikasının Ağdərə rayonu ərazisindədir”.
Mənbə, Akademik Yaqub Mahmudovun “Ermənilərin XIX əsrdə Şimali Azərbaycan ərazilərinə köçürülməsi tarixi həqiqətdir”
(“Azərbaycan” qəzeti, 18 iyul 2014-cü il) məqaləsindən
Paylaş