• office@soyqirim.az
  • (023)335-37-07
Tarixdə bu gün: 27 iyun 1918-ci ildə Azərbaycan dili dövlət dili elan edilmişdir. Bu gün həmin tarixi hadisədən 104 il ötür. Azərbaycan Xalq Cümhuriyyəti dövründə diqqət yetirilən əsas sahələrdən biri də ana dili haqqında həyata keçirilən siyasət olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyətinin qısa vaxtda ana dil sahəsində həyata keçirdiyi tədbirlər xalqımızın tarixində əhəmiyyətli izlər qoymuşdur. Dil siyasətini həyata keçirmək üçün təhsilin mühüm sahə olduğunu ön plana çəkən Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti 1918-ci il avqustun 28-də ibtidai və orta təhsil müəssisələrində təhsilin ana dilində aparılması haqqında qərar qəbul edilmişdir. Aparılan islahatların məntiqi davamı kimi AXC-nin hərbi naziri Səməd bəy Mehmandarov 1918-ci il dekabrın 27-də ordu dilinin Azərbaycan-türk dili olduğu barədə əmr vermişdir. Hökumət 1919-cu il fevralın 11-də Azərbaycan milli ordusunda türk dilində süvari qoşunların nizamnaməsinin təsdiqi haqqında qərar qəbul etmişdir..
Hazırda Dövlət dilimiz olan Azərbaycan dili ötən əsrdə aparılan məqsədyönlü islahatlar nəticəsində öz lüğət tərkibini zənginləşdirmiş, dünya dilləri sırasında özünəməxsus yer tutmuşdur.

Paylaş

Spread the love