• office@soyqirim.az
  • (023)335-37-07
Tarixdə bu gün

Abbasqulu bəy Xanbaba oğlu Şadlinski 24 fevral 1886-cı ildə İrəvan quberniyasının Böyük Vedi kəndində anadan olmuşdur.
Xalq içərisində böyük nüfuzu olan, 200 nəfərdən ibarət könüllü dəstəyə rəhbərlik edən Şadlinski 1918-ci ilin əvvəllərində Naxçıvan, İrəvan, Dərələyəz, Zəngəzur və digər ərazilərdə daşnak-erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdiyi soyqırımların qarşısının alınmasında xüsusi xidmətləri olmuşdur.
28 iyul 1920-ci ildə Naxçıvanda sovet hakimiyyəti elan olunduqdan sonra Hərbi İnqilab Komitəsinin və Nəriman Nərimanovun təklifini qəbul edən Şadlinski hərbi dəstələrini buradakı qırmızı qvardiya ilə birləşdirmişdir. Şadlinskinin dəstəsi Zəngəzur istiqamətində gedən döyüşlərdə cəllad Dronun daşnak qüvvələrini darmadağın edərək, burada ingilis-daşnak işğalına son qoymuşdur. A.Şadlinski 1922-ci ilin sonunadək Naxçıvanda qalmış və buranın sərhədlərinin qorunmasına rəhbərlik etmişdi.
Qeyd edək ki, Fərman Kərimzadənin “Qarlı aşırım” romanı və onun süjeti əsasında “Azərbaycanfilm” kinostudiyasında rejissor Kamil Rüstəmbəyov tərəfindən çəkilən “Axırıncı aşırım” bədii filmi Şadlinskinin həyat və fəaliyyətindən bəhs edir.
Mənbə: Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası: II cild.

Paylaş

Spread the love