• office@soyqirim.az
  • (023)335-37-07
Tarixçilərin Qələmindən

Tarix elmləri doktoru, professor Ataxan Paşayev “Açılmamış səhifələrin izi     ilə” kitabında yazır:
“Bakıdakı qanlı mart hadisələri Sovet dövrünün tarixçiləri tərəfindən tarixi faktların və sənədlərin əksinə olaraq bu soyqırımı bir millətin başqa millətə qarşı ədavəti nəticəsində həyata keçirdiyi soyqırımı siyasəti deyil, ümum-Rusiya vətəndaş müharibəsinin tərkib hissəsi, Sovet hakimiyyəti uğrunda bolşeviklərin mübarizəsi və onların əks-inqilab üzərində böyük qələbəsi kimi təqdim edilmişdir. Bununla belə əlavə etmək yerinə düşərdi ki, Sovet dövrü tarixçilərinin xorunda erməni ah-zarı, naləsi ilə pərdələnmiş özünəməxsus bir saxtakarlıq da diqqəti cəlb edir. Yalnız üzdəniraq “partiya və dövlət xadimi, alim və pedaqoq, kommunist və vətəndaş” (Henri Azatyan) Con Kirakosyanın “Gənc türklər tarixin məhkəməsi qarşısında” (Yerevan, “Ayastan” nəşriyyatı, 1986-cı il) kitabını vərəqləmək kifayətdir ki, tarixin nə qədər təhrif edildiyinin, qərəzlə qələmə alındığının şahidi olasan”.

 

Paylaş

Spread the love