“İPƏK YOLU, BU YOL ÜZƏRİNDƏKİ TÜRK XALQLARININ TARİXİ, MƏDƏNİYYƏTİ VƏ İNCƏSƏNƏTİ”

16-17 aprel, 2026
Bakı şəhəri
“İPƏK YOLU, BU YOL ÜZƏRİNDƏKİ TÜRK XALQLARININ TARİXİ,
MƏDƏNİYYƏTİ VƏ İNCƏSƏNƏTİ” ADLI I BEYNƏLXALQ SİMPOZİUM
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Birinci Türkoloji Qurultayın
100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamına əsasən, yubiley çərçivəsində bir
sıra beynəlxalq elmi tədbirlər təşkil olunacaq. Həmin tədbirlərdən biri kimi 16–17 aprel
2026-cı il tarixlərində Bakı şəhərində “İpək Yolu, bu yol üzərindəki türk xalqlarının tarixi, 
mədəniyyəti və incəsənəti” adlı I Beynəlxalq Simpozium keçiriləcəkdir.
İpək Yolu Şərq ilə Qərb arasında əsrlər boyu ticarət və mədəniyyət mübadiləsinin mərkəzi
olmuş, dünyanın ən qədim və ən mühüm ticarət yollarından biri olaraq tarixə keçmişdir. Bu
yolda ticarət məhsulları ilə yanaşı, ideyalar, biliklər və mədəniyyətlər də daşınmışdır. İpək
Yolu zaman-zaman müxtəlif xalqların, o cümlədən türk xalqlarının tarixi, mədəniyyəti və
incəsənətinin inkişafına böyük təsir göstərmişdir. Bu simpozium İpək Yolu üzərindəki Türk
xalqlarının irsini, tarixini, incəsənətini, mədəniyyətini və qarşılaşdıqları çətinlikləri 
soyqırımı, deportasiya, eləcə də repressiyaları araşdırmağı qarşısına hədəf qoyur.
Simpoziumun məqsədi: 
İpək Yolunun keçdiyi ərazilərdə yaşayan Türk xalqlarının tarixini və mədəniyyətini tanıtmaq;
İpək Yolu vasitəsilə Türk xalqlarının mədəniyyətinə təsir edən tarixi, sosial-iqtisadi və siyasi
amilləri öyrənmək;
Türk xalqlarının tarixi abidə və yerlərinin tanıdılması, qorunması və
təbliğinə dair müzakirələr aparmaq;
İpək Yolunun keçdiyi ərazilərdə yaşayan Türk xalqlarının üzləşdiyi soyqırımı, deportasiya və
repressiyaları araşdırmaq və bu mövzuların beynəlxalq aləmdə tanıdılmasına töhfə vermək;
Alim və tədqiqatçılar arasında təcrübə mübadiləsi və əməkdaşlıq qurmaq.
Tarix və məkan:
Tarix: 16-17 aprel 2026-cı il
Məkan: Bakı şəhəri
Məqalələrin göndərilməsi üçün son tarix 01.03.2026-cı il
Məqalələrin göndərilməsi üçün elektron poçt ünvanı:

simpozium2026@gmail.com

Kimlər iştirak edə bilər?
Arxeologiya, tarix, mədəniyyət, incəsənət üzrə alim və tədqiqatçılar, həmçinin qoruq,
muzey əməkdaşları
Simpoziumun mövzuları:
1. Arxeoloji irs, qayaüstü incəsənət və bu mövzuların etnoqrafik
kontekstdə öyrənilməsi
2. İpək Yolu və Türk xalqlarının tarixi
3. İpək Yolu: Türk sivilizasiyasının formalaşmasında tarixi və mədəni əlaqələr
4. Türk xalqlarının mədəni irsi, müasir dövrdə bu irsin öyrənilməsi və inkişafı, qlobal mədəniyyətə
təsiri
5. Türk xalqlarının tarixi abidələrinin qorunması, tədqiqi və təbliği
6. Türk xalqlarının yaşadığı ərazilərdə baş vermiş soyqırımı, deportasiya və
repressiya siyasəti: tarixi və hüquqi aspektlər
7. Müasir dövrdə türkdilli dövlətlər arasında mədəni inteqrasiya siyasəti və
Böyük İpək Yolu
8. Böyük İpək Yolu İrsi: qlobal mədəni dəyərlərin beynəlmilləşdirilməsi.

Simpozium materiallarının tərtibinə qoyulan tələblər:
Kağız ölçüsü
Şrift
A4
Times New Roman Şrift ölşüsü: 12 pt
Məqalələr üç dildə yazıla bilər
Sətirlərarası interval
Azərbaycan, rus və ingilis
1,15 sm
Abzas
Hər tərəfdən boş sahə
1,25 sm
2 sm
Mövzunun adı
Müəllifin adı, soyadı, ata adı ortadan, qalın
şriftlə
Ortadan, böyük hərflərlə, qalın şriftlə
İş yeri (təhsil müəssisəsi), şəhər, ölkə ortadan,
kursivlə E-poçt ünvanı ortadan, kursivlə
ORCID kodu
Açar sözlər
Ortadan, kursivlə
5-7 söz olmaqla Azərbaycan, ingilis və rus
dillərində
Xülasə
80-100 söz olmaqla Azərbaycan, ingilis və rus
dillərində
Mətn bölünməlidir:
Ədəbiyyat siyahısı
Xülasə, giriş, əsas hissə, müzakirə, nəticə
İstinadlar kvadrat mötərizədə Məs: [1. s.56]
Ədəbiyyat siyahısı əlifba sırası ilə verilməlidir
Hər müəllifdən yalnız bir məqalə qəbul ediləcək (tək və ya həmmüəllif olmaqla)
Elmi dərəcəsi olmayan müəlliflərin məqalələrinə elmi rəhbərin, mütəxəssisin (çalışdığı
müəssisənin rəhbərinin) və ya aidiyyəti sahə üzrə müəllimin rəyi əlavə edilməlidir. Bu rəy ayrı
bir səhifədə təqdim olunmalı, elmi rəhbərin və ya müəllimin əlaqə vasitələri və iş yeri
haqqında məlumatlar qeyd edilməlidir.
Göndərilən məqalələr antiplagiat sistemində yoxlanıldıqdan sonra Simpozium
materialları toplusunda dərc olunacaq.
Göstərilən tələblərə cavab verməyən məqalələr qəbul edilməyəcək. Məqaləyə
görə müəlliflər məsuliyyət daşıyır.

Təşkilati Dəstək:
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı
və Bərpası üzrə Dövlət Xidməti
Qobustan Milli Tarix-Bədii Qoruğu
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”

Əlaqə:
Təşkilati məsələlər üzrə əlaqələndirici şəxslər
Əli Bayramov – Qobustan Milli Tarix-Bədii Qoruğunun direktor müavini
(+994777077770)
Xəyal Nuhbalayev – Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin əməkdaşı
(+994558850036)
Elmi məsələlər üzrə əlaqələndirici şəxslər
Nazilə Məmmədova – Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin əməkdaşı
(+994556797911)
Namiq Bağırlı – Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin
əməkdaşı (+994506097097)
Sevinc Şirinli – Qobustan Milli Tarix-Bədii Qoruğunun aparıcı elmi işçisi (+994518583388)

Mətbuat və kommunikasiya üzrə məsul şəxs

Vəfa Hüseynova-Qobustan Milli Tarix-Bədii Qoruğunun elmi işçisi (0512411056)

Layihə rəhbəri: Vüqar İsayev, Rəxşəndə Bayramova
İdeya müəllifi: Vüqar İsayev, Rəxşəndə Bayramova
Baş elmi məsləhətçi: Anar İsgəndərov
Elmi katib: İradə Əliyeva
Ədəbi redaktor və korrektor: Namiq Bağırlı
Baş koordinator: Nazilə Məmmədova
Dizayn və texniki tərtibat: Mikayıl Sultanzadə

Simpoziumun elmi komitəsi:
1. Akademik Nərgiz Axundova (AMEA-nın həqiqi üzvü)
2. Professor, tarix elmləri doktoru Anar İsgəndərov Azərbaycan Milli Məclisin Elm və təhsil
komitəsinin sədri
3. Professor, tarix elmləri doktoru, Məryəm Seyidbəyli
4. Professor, tarix üzrə fəlsəfə doktoru, Hacı Həsənov
5. Professor, sənətşünaslıq elmləri doktoru Məryam Əli-zadə
6. Professor, xalq artisti Məmmədsəfa Qasımov
7. Professor, tarix elmləri doktoru Sevinc Əliyeva, Bakı Mühəndislik Universiteti
8. Prof. Dr. İbrahim Erdem Atnur, Azərbaycan Milli Müdafiə Universitetinin prorektoru
9. Professor Məlahət Fərəcova Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin
Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müəllimi
10. Professor Vəfa Qurban- Ege Universiteti, Türk dünyası Araştırmaları Enstitüsü, Türk
Dünyası Sosial Ekonomik ve Siyasal İlişkilər Anabilim dalı
11. Professor Selma Ünlü Yel –Gazi University, Gazi Facultyof Education, Department of
Elementary Education
12. Professor Danuta Chmielowska (Danuta Xmelovska) – Politoloq, Türkiyə tədqiqatları
üzrə mütəxəssis
13. Professor Lindita Xanari – Tirana Universitetinin Tarix və filologiya fakültəsinin müəllimi
14. Professor Melike Cummarutova – Daşkent Dövlət Universiteti

15 .Professor Latife Summerer- Almaniya, Lyüdviq Maksimiliana adına Münhen Universitetinin professoru, arxeoloq
16. Professor Şohistohon Uljayeva – Daşkənd Suvarma və Kənd Təsərrüfatının
Mexanikləşdirilməsi üzrə Mühəndislər İnstitutu Humanitar elmlər kafedrasının müdiri
17. Professor İqor Viktoriviç Turisin – İqtisadiyyat və Hüquq Elmi-Tədqiqat İnstitutunun
prezidenti. “Современная научная мысль” elmi jurnalının baş redaktoru
18. T.e.d. prof. Antella Muço – Albaniya-Azərbaycan Dostluq, Elm və Mədəniyyət
Cəmiyyətinin sədri,
19. T.e.d., prof. Xabutdinov Aydar Yureviç – Kazan Universiteti Tarix üzrə fəlsəfə doktoru
20. Tarix elmləri doktoru İradə Bağırova
21. Tarix elmləri doktoru Vaqif Abışov
22. Tarix elmləri doktoru Şirinbəy Əliyev, Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti
23. Tarix elmləri doktoru Marina İmaşeva – Tatarıstan Respublikası Elmlər
Akademiyasının Ş. Mərjani adına Tarix İnstitutu
24. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sədaqət Əliyeva ADMİU-nun Elm və yaradıcılıq işləri üzrə prorektoru
25. Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Yeganə Eyvazova Məhəmməd qızı, ADMİU-nun Muzeyşünaslıq və turizm kafedrasının müdiri 
26. Tarix üzrə fəlsəfə doktoru, dosent Sona Məhərrəmova, Sumqayıt Dövlət
Universitetinin Tarix və onun tədrisi metodikası kafedrasının müdiri
27. Tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova, Quba şəhərində “Soyqırımı Memorial
Kompleksi”nin direktoru
28. Tarix üzrə fəlsəfə doktoru, dosent İradə Əliyeva, AMEA A.A Bakıxanov adına Tarix və
Etnologiya İnstitutunun aparıcı elmi işçisi
29. Tarix üzrə fəlsəfə doktoru, dosent Kəmalə Nəcəfova, Bakı Dövlət Universitetinin Tarix
fakültəsinin elmi işlər üzrə dekan müavini
30. Tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı, AMEA-nın akademik Z.Bünyadov
adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin mütəxəssisi
31. Tarix üzrə fəlsəfə doktoru Sevinc Nəsirova Milli Azərbaycan Tarixi Muzeyinin elmi
katibi, Azərbaycan Kooperasiya Universitetinin baş müəllimi
32. Tarix üzrə fəlsəfə doktoru Nuranə Əsədullayeva, Nizami Gəncəvi adına Milli
Azərbaycan Ədəbiyyatı Muzeyinin Elmi katibi
33. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Pikə Axundova-Talıblı, Azərbaycan Bəstəkarlar
İttifaqının üzvü
34. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Qafarova, Azərbaycan Respublikası Turizm və
Menecment Universitetinin İctimai fənlər kafedrasının müdiri
35. Tarix üzrə fəlsəfə doktoru Elnur Nəciyev Bakı Mühəndislik Universitetinin baş müəllimi
36. Tarix üzrə fəlsəfə doktoru Aidə İsmayılova Milli Azərbaycan Tarixi Muzeyinin
böyük elmi işçisi, ADMİU-nun müəllimi
37. Filologiya üzrə fəlsəfə doktoru Aysel Şeydayeva, Azərbaycan Dövlət Pedaqoji
Universitetinin Quba filialının müəllimi
38. Fəlsəfə üzrə fəlsəfə doktoru Kəmalə Nuriyeva, Nizami Gəncəvi adına Milli Azərbaycan
Ədəbiyyatı Muzeyinin Muzeyşünaslıq və fond işi üzrə direktor müavini
39. Tarix üzrə fəlsəfə doktoru Günay Həsənova, Qərbi Kaspi Universitetinin müəllimi
40. Tarix üzrə fəlsəfə doktoru Laçın Mustafayev, Milli Azərbaycan Tarixi Muzeyinin
Arxeologiya Elmi Fond Şöbəsinin böyük elmi işçisi, Azərbaycan Dövlət
Pedaqoji Universitetinin Quba filialının Ümumi tarix və tarixin tədrisi
texnologiyası kafedrasının baş müəllimi
41. Kulturologiya üzrə fəlsəfə doktoru Nailə Əliyeva, Nizami Gəncəvi adına Milli
Azərbaycan Ədəbiyyatı Muzeyinin Beynəlxalq əlaqələr və dünya muzeyləri
şöbəsinin müdiri
42. Tarix üzrə fəlsəfə doktoru Təhminə Əliyeva, Pedaqoji Universitetin Quba filialının
Humanitar elmlər kafedrasının baş müəllimi
43. Filologiya üzrə fəlsəfə doktoru Məleykə Məmmədova, AMEA folklor İnstitutunun
aparıcı elmi işçisi
44. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülsəba Həsənova, Nizami Gəncəvi adına Milli
Azərbaycan Ədəbiyyatı Muzeyinin Ədəbi salnamə, bədii-sənədli kinoxroniklər şöbəsinin
müdiri
45. Tarix üzrə fəlsəfə doktoru Aytən Əsədova, Sumqayıt Dövlət Universitetinin müəllimi
46. Əhməd Tarabek – Misirdə yerləşən Türk araşdırmaları mərkəzinin əməkdaşı
47. Tarix üzrə fəlsəfə doktoru, dosent Səfər Aşurov, AMEA Arxeologiya və Antropologiya
İnstitutunun “İlk Tunc Dövrü Arxeologiyası” şöbəsinin müdiri

“Qoruqlar və Muzeylər– Keçmişdən Gələcəyə Körpü” adlı III Quba Simpoziumu

Artıq bir neçə ildir ki, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə geniş tərkibdə ictimaiyyətin iştirakı ilə simpoziumlar, konfranslar, forumlar, sərgilər keçirilir. Bu gün kompleksdə “Qoruqlar və Muzeylər– Keçmişdən Gələcəyə Körpü” adlı III Quba Simpoziumu öz işinə başlayıb.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin təşkilatçılığı ilə keçirilən simpoziumda Quba Rayon İcra Hakimiyyətinin başçısının müavini xanım Səidə Abasova, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mədəni irsin qorunması şöbəsinin müdiri Səbuhi Bəşirov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elm və yaradıcılıq işləri üzrə prorektoru, əməkdar Mədəniyyət işçisi, dosent Sədaqət xanım Əliyeva, yerli idarə-müəssisə rəhbərləri, ölkədə fəaliyyət göstərən mədəniyyət müəssisələrinin, eləcə də muzeylərin əməkdaşları, tarixi abidə mühafizəçiləri, ziyalılar, həmçinin gənc fəallar iştirak ediblər.
Azərbaycan Rəssamlar İttifaqının üzvü Sahib Quliyev və Vüqar Quliyevin əsərlərindən ibarət sərgi ilə tanışlıqdan sonra simpozium öz işinə başlayıb.
Simpozium iştirakçılarını salamlayan kompleksin direktoru Dr. Rəxşəndə Bayramova bildirib ki, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” 2013-cü ildən bəri fəaliyyət göstərir. 200 mindən çoxu xarici olmaqla 12 il ərzində 1 milyondan çox ziyarətçi qarşılayan Kompleksdə mütəmadi olaraq simpozium, konfrans və forumlar təşkil edilir. Dr. Rəxşəndə Bayramova qeyd edib ki, keçirilən simpoziumun qoruq və muzey işinin inkişafı, abidələrin mühafizəsi, bələdçilik və insanlarda qoruq və muzeylərə marağın artırılması istiqamətində mühüm rol oynayır.
Çıxış edən Quba RİH-nin başçısının müavini xanım Səidə Abasova simpozium iştirakçılarını salamlayaraq simpozium çərçivəsində əldə olunan bilik və təcrübələrin tətbiqi nəticəsində regionumuzda və ölkəmizdə qoruq və muzey işinin səviyyəsinin yüksələcəyini, tarixi-mədəni irsin qorunması sahəsində uğurların artacağını vurğulayıb.
Daha sonra çıxış edən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mədəni irsin qorunması şöbəsinin müdiri Səbuhi Bəşirov Mədəniyyət Nazirliyi tərəfindən tarix və mədəniyyət abidələrinin qorunması, bərpası, təbliği, onların istifadəsi baxımından bir sıra layihələrin həyata keçirildiyini, bu sahədə həm beynəlxalq platformalarda, həm də ölkə səviyyəsində işlərin görüldüyünü söyləyib.
Daha sonra çıxış edən natiqlər simpoziumun əhəmiyyətindən danışaraq muzey və qoruqların mədəni irsimizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində böyük əhəmiyyət daşıdığını vurğulayıblar.
Rəsmi hissə bitdikdən sonra gün ərzində davam edən bölmə iclaslarında “Qoruq və Muzeylərin tarixi və çağdaş rolu”, “Mədəni irsin qorunması və rəqəmsallaşdırılması”, “Abidələrin bərpası və konservasiyası”, “Qoruq və muzey pedaqogikası və təhsil sahəsində istifadəsi”, “Qoruq və muzeylərdə eksponatların təqdimatı və innovativ yanaşmalar”, “Bələdçilik və ziyarətçi təcrübəsinin artırılması”, “Cəmiyyətin qoruq və muzeylərə marağının artırılması və qoruq-muzey marketinqi”, “Qoruq və muzey menecmenti və strateji idarəetmə”, “Qoruq və Muzeylərdə inklüzivlik və əlçatanlıq”, “Qoruq və muzeylərdə süni intellekt və yeni texnologiyalar”, “Qlobal və yerli qoruq, muzeylər arasında əməkdaşlıq imkanları”, “Sosial şəbəkələrdə qoruq və muzeylərin təbliği”, “Ədəbiyyat ilə qoruq və muzeylərin əlaqəsi: Tarixi və Mədəni İrsin İnteraktiv Təqdimatı”, “Qoruq və muzeylərdə musiqilər vasitəsilə təqdimat” adlı mövzular ətrafında elmi müzakirələr aparılıb.
Qeyd edək ki, Simpozium çərçivəsində 80-ə yaxın elmi məqalə təqdim edilib, 100-dən çox iştirakçı qatılıb və simpoziumun materiallar toplusu hazırlanmışdır.