• office@soyqirim.az
  • (023)335-37-07
Xəbərlər
31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqadar anım tədbirindən görüntülər.
1918-ci il azərbaycanlıların soyqırımının 106-cı ildönümü ilə əlaqədar respublikanın müxtəlif təşkilat və müəssisələrinin əməkdaşları, ümumtəhsil müəssisələrinin müəllim, tələbə və şagirdləri Soyqırımı Memorial Kompleksini ziyarət edir.
31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar olaraq Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə respublikanın müxtəlif Gənclər və İdman İdarəsinin fəalları Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət ediblər.
31 mart azərbaycanlılara qarşı törədilmiş soyqırımların 106-ci ildönümü ilə bağlı Soyqırımı Memorial Kompleksində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Quba rayonu İcra Hakimiyyəti və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin birgə təşkilatçılığı ilə anım tədbiri-kütləvi ziyarət keçirilib.
Türk Ağsaqqallar Birliyi, Quba rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin məsul şəxsləri Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"ni ziyarət ediblər.
31 Mart Azərbaycanlıarın Soyqırımı Günü ilə əlaqədar Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"nə kütləvi axın davam edir. Ziyarətçilər arasında hərbçilər, ümumtəhsil müəssisələrinin müəllim və şagird heyəti çoxluq təşkil edir.
31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev və kollektivi Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"ni ziyarət ediblər. Ziyarətçilərə 1918-ci il soyqırımları haqqında ətraflı məlumat verilib.
31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Bakı Qızlar Universitetində “Azərbaycanlılara qarşı törədilən 1918-ci il soyqırımı hadisələrinin nəticələri” mövzusunda respublika elmi-praktiki konfrans keçirilmişdir. Konfransda Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin əməkdaşları – t.ü.f.d, dosent Sübhan Talıblı, Lətafət Beybutova, Ülkər Zeynalova və Nurcan Allahverdiyeva öz elmi məqalələri ilə çıxış ediblər.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin əməkdaşları – direktor müavini Mehriban Əliyeva, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı və Nurcan Allahverdiyeva da öz məqalələri ilə çıxış ediblər.
Quba şəhərində "Soyqırımı Memorial Kompleksi" və S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyasının birgə təşkilatçılığı ilə “31 Mart 1918-ci il azərbaycanlıların faciəsinin qanlı tarixinin başlanğıcı” mövzusunda elmi konfrans keçirilib.
1918-ci il Azərbaycanlılara qarşı törədilmiş soyqırımların 106-cı ildönümü ilə əlaqədar olaraq Bakı Dövlət Universitetində “1918-ci il soyqırımları tarixi tədqiqatlarda” adlı II Respublika Elmi Konfransı keçirilmişdir. Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin Elmi Araşdırmalar, Ekspozisiya və Fond şöbəsinin əməkdaşları - Lətafət Beybutova və Ülkər Zeynalova konfransda mövzu ilə bağlı məruziləri ilə çıxış etmişlər.
31 mart azərbaycanlıların soyqırımının 106-cı ildönümü ərəfəsində Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nə gələn ziyarətçilərin sayında artım müşahidə olunur.
1 2 3 4 52