• office@soyqirim.az
  • (023)335-37-07
Tatarıstanın Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Federasiyasının nümayəndə heyəti Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"-ni ziyarət etdilər. / 20 Oktyabr, 2018

20.10.2018-ci il tarixində Tatarıstanın Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Federasiyasının nümayəndə heyəti, qonaqları müşaiyət edən Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsin sədri Hikmət Osmanov və komitənin digər əməkdaşları Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət etmişlər. Qonaqları Kompleksin direktoru R. Bayramova salamlayaraq erməni vandallarının Azərbaycan torpaqlarında törətdikləri soyqırımları haqqında ətraflı məlumat vermişdir. Tatarıstan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Federasiyasının sədri Olqa Kalaşnikova Azərbaycan torpaqlarında törədilmiş soyqırımı gerçəklərinin bütün dünyaya geniş duyurmağın vacibliyini vurğulamışdır.

Paylaş

Spread the love