• office@soyqirim.az
  • (023)335-37-07
"Mahrasa məbədi"

Mahrasa məbədi Gədəbəy rayonunun Söyüdlü kəndində, Şəmkir çayının ətrafındakı şəhər xarabalığı ərazisində yerləşir.
Məbədin inşa tarixi IV əsrə aid edilir. Abidə əvvəlcə atəşpərəstliklə bağlı olub, daha sonra alban xristian məbədi kimi fəaliyyət göstərib. Müəyyən dövrlərdə ermənilər bu məbədi öz kilsələri kimi qələmə verməyə çalışıblar.
Məbədin adı fars və türk dillərində “ay” sözü mənasını daşıyan “mah” və göy cisimləri müşahidə olunan yerin adı olan “rəsad” sözlərindən yarandığı güman edilir. Azərbaycanın Gəncə, Kəlbəcər və digər ərazilərində “mahrasa” adını daşıyan abidələr mövcuddur.
Məbəddə olan daşüstü təsvirlərdə atəşpərəstliyi əks etdirən bir sıra izlər, o cümlədən alban xristian qəbirləri, üzərində xaç təsviri olmuş daş lövhəsi aşkar edilmişdir.

Paylaş

Spread the love