Gənclər və İdman Nazirliyinin “Komando” hərbi-idman oyunu adlı düşərgənin istirakçıları Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət etmişlər. Ziyarətçilərə erməni daşnaklarının Azərbaycan ərazisində törətdiyi soyqırımlar haqqında ətraflı məlumat verilmişdir.
Qeyd edək ki, “KOMANDO” hərbi-idman oyunu Quba Olimpiya İdman Kompleksində 6-11 sentyabr 2023-cü il tarixlərində ali və orta ixtisas təhsil müəssisələrinin gəncləri arasında keçirilir.
Oyunlarda Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan hərbi qulluqçuları tərəfindən müxtəlif hərbi təlimlər və hərb oyunları təşkil olunacaq və müxtəlif bölgələri təmsil edən 130 nəfər tələbə birincilik uğrunda mübarizə aparacaq.