Kompleksin direktoru Dr. Rəxşəndə Bayramovanın moderatorluğu ilə keçirilmiş vebinarda AMEA Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə mövzu ilə bağlı çıxış edib.
O, 44 günlük vətən savaşında Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan xalqının sarsılmaz birliyini, Dəmir Yumruq əməliyyatı nəticəsində ölkənin ərazi bütövlüyünün, tarixi ədalətin, beynəlxalq hüququn bərpa olunduğunu seminar iştirakçılarının diqqətinə çatdırıb.
Vebinarda müxtəlif qoruqların ümumilikdə 40-dan çox elmi işçisi iştirak edib.