• office@soyqirim.az
  • (023)335-37-07
Soyqırımı Memorial Kompleksində Elmi şöbə əməkdaşlarının elmi potensiallarının artırılması məqsədilə təşkil edilən “Ustad dərsləri” davam etdirilir. / 26 Sentyabr, 2023
26.09.2023-cü il tarixində “Qubada kütləvi məzarlıqda 2007-2008-ci illərdə arxeoloji tədqiqatlar” adlı növbəti “Ustad dərsi” keçirilmişdir. AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Arxeoloji abidələrin toplusu sektorunun müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Qəhraman Ağayev “Qubada kütləvi məzarlıqda 2007-2008-ci illərdə arxeoloji tədqiqatlar” mövzusunda məruzə ilə çıxış etmişdir. Çıxış zamanı arxeoloq bildirmişdir ki, ermənilərin azərbaycanlılara qarşı uzun illər boyu apardıqları ardıcıl etnik təmizləmə, soyqırımı və təcavüz nəticəsində minlərlə insan qətlə yetirilmişdir və bu hal, demək olar ki, bütün bölgələrimizdə baş vermişdir. O bildirmişdir ki, soyqırımlar ilə bağlı kifayət qədər sənədlər və faktlar mövcuddur. Bu həqiqətləri dünyaya çatdırmaq üçün isə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” əyani sübutdur.
Sonda Qəhraman Ağayev kompleks əməkdaşlarını maraqlandıran sulları cavablandırmışdır.

Paylaş

Spread the love