Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda və Tiflisdə fəaliyyət göstərmiş ingilis hərbi müxbiri Skotland Lidell "Ermənilər Müsəlmanlara qarşı" adlı məqaləsində yazır
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda və Tiflisdə fəaliyyət göstərmiş ingilis hərbi müxbiri Skotland Lidell “Ermənilər Müsəlmanlara qarşı” adlı məqaləsində yazır.
Qarabağın tarixi, coğrafiyası, təbii sərvətləri ilə bağlı heç bir şərh verməyəcəyəm. Bununla belə, Nazaryanın Londona səfərinin məqsədi Sülh Konfransında Qarabağın Azərbaycan Cümhriyyətinə, deyil, Ermənistana siyasi cəhətdən daxil edilməsini müdafiə etməkdir. Onun Qarabağ əhalisi ilə bağlı verdiyi rəqəmlər bu baxımdan vacibdir, lakin nəzərə almaq lazımdır ki, onlar tamamilə həqiqətdən uzaqdır.
Nazaryan deyir ki, Qarabağda 198 min erməni və 80 min tatar (türk) yaşayır. Heç bir siyasi biliyi olmayan Professor Şepotyev son məqaləsində sübut edirdi ki, Qarabağda 170.000 erməni, 415.000 müsəlman yaşayır. Amma son vaxtlar erməni qoşunları tərəfindən o qədər günahsız müsəlman kəndliləri qətlə yetirilib ki, hətta Şepotyevin rəqəmləri də həqiqətə uyğun olmaya bilər.
Hazırda Qarabağda erməni nizami qoşunları müsəlman partizanları ilə toqquşmadadır. Davam edən bu faciəyə görə məsuliyyət yalnız ermənilərin üzərinə düşür. Sülh Konfransı gələcək statusu müəyyən edənə qədər Böyük Britaniya hakimiyyəti Qarabağı Azərbaycanın idarəçiliyinə versə də, erməni liderləri və təhrikçiləri ardıcıl olaraq müsəlman idarəçiliyini rədd edirdilər. Onlar dinc erməni əhalisini Azərbaycan hökumətinə qarşı qızışdırmaq üçün fəal işləyirdilər.
Onların davamlı ajiotajları və bu təxribatları bir neçə dəfə mübahisələrə səbəb oldu.
Ötən ilin noyabrında Tiflisdə Azərbaycan və Ermənistan hökumətləri arasında saziş imzalanıb. Bununla da bütün döyüşlərin dayandırılması və hər iki tərəfin sülh şəraitində Konfransın fərmanını gözləməsi təşkil edildi. Azərbaycan bu müqaviləyə sədaqətlə əməl edirdi. Azərbaycan qoşunları Zəngəzurdan çıxarıldı, lakin bunu edən kimi ermənilər çox xaincəsinə Müsəlman kəndlərinə hücum etdilər, yüzlərlə günahsız kəndlini qətlə yetirdilər və bir neçə həftə ərzində qırxdan çox müsəlman kəndini yerlə-yeksan etməyə nail oldular. Azərbaycan çox səbirli və təmkinlidir. Amma hökumətin səbrinin də bir həddi var. Müharibə çoxdan qaçılmaz görünürdü. İndi isə martın 22-də ermənilər müsəlmanların milli bayramı olan Novruz bayramında və azsaylı Azərbaycan qoşunlarının olmasından istifadə edərək Qarabağda “asayişi” qorumaq məqsədilə yenidən bir çox müsəlman kəndlərinə hücuma keçiblər. İndiyədək onlara yalnız partizan qoşunları müqavimət göstərirdi, lakin mən etibarlı mənbələrdən eşitmişəm ki, Azərbaycan hökuməti ölkədəki müsəlman əhaliyə kömək etmək üçün nizami qoşunlar göndərir. Onların “xristian” qonşuları tərəfindən tamamilə məhv edilmə təhlükəsi var.
Ermənilərin təbliğatı yaxşı gedir. Şübhəsiz ki, İngiltərə, Fransa və Amerikadakı bir çox təbliğatçılar hazırkı toqquşmada əldə etdikləri itkilərdən öz yalvarışlarını və tamahkar ərazi iddialarını davam etdirmək üçün istifadə edəcəklər. Amma biz Trans-Qafqazda həqiqətin nə olduğunu bilirik. Şübhəsiz ki, Britaniya ictimaiyyətinin də bu həqiqətləri bilməsinin vaxtıdır.
Paylaş