ELAN
Simpozium: Qoruqlar və Muzeylər– Keçmişdən Gələcəyə Körpü
Tarix: 3-4.10.2025
Məkan: Soyqırımı Memorial Kompleksi
Təşkilatçı: Soyqırımı Memorial Kompleksi
Qoruqlar və muzeylər təkcə tarixi qorumaq üçün deyil, həm də onu cəmiyyətə ötürmək və gələcək nəsillərə çatdırmaq üçün vacib platformalardır. Bu simpozium qoruq və muzey işinin inkişafı, abidələrin mühafizəsi, bələdçilik və insanlarda qoruq və muzeylərə marağın artırılması istiqamətində mütəxəssisləri və maraqlı tərəfləri bir araya gətirəcək.
Mövzu istiqamətləri:
✔ Qoruq və Muzeylərin tarixi və çağdaş rolu – Muzeylərin yaranma tarixi, funksionallıq dəyişiklikləri və müasir dövrdəki əhəmiyyəti
✔ Mədəni irsin qorunması və rəqəmsallaşdırılması – Tarixi eksponatların mühafizəsi və rəqəmsal texnologiyaların tətbiqi
✔ Abidələrin bərpası və konservasiyası – Tarixi abidələrin qorunması və bərpasında yeni yanaşmalar
✔ Qoruq və muzey pedaqogikası və təhsil sahəsində istifadəsi – Muzeylərin təhsil prosesində rolu və interaktiv öyrənmə metodları
✔ Qoruq və muzeylərdə eksponatların təqdimatı və innovativ yanaşmalar – Rəqəmsal sərgilər, 3D turlar və digər müasir təqdimat üsulları
✔ Bələdçilik və ziyarətçi təcrübəsinin artırılması – Müasir bələdçilik metodları, interaktiv və immersiv təcrübələr
✔ Cəmiyyətin qoruq və muzeylərə marağının artırılması və qoruq-muzey marketinqi – Qoruq və muzeylər üçün effektiv marketinq strategiyaları və cəmiyyətlə əlaqələrin gücləndirilməsi
✔ Qoruq və muzey menecmenti və strateji idarəetmə – Qoruq və muzeylərin idarə olunması, maliyyələşmə modelləri və dayanıqlılıq strategiyaları
✔ Qoruq və Muzeylərdə inklüzivlik və əlçatanlıq – Fiziki məhdudiyyətli şəxslər üçün əlçatan mühitlərin yaradılması və inklüziv proqramların hazırlanması
✔ Qoruq və muzeylərdə süni intellekt və yeni texnologiyalar – Muzey təcrübələrinin artırılması üçün süni intellektin və innovativ texnologiyaların tətbiqi
✔ Qlobal və yerli qoruq, muzeylər arasında əməkdaşlıq imkanları – Beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsinin rolu
✔ Sosial şəbəkələrdə qoruq və muzeylərin təbliği – influenserlər vasitəsilə muzey və qoruqların təbliği
✔ Ədəbiyyat ilə qoruq və muzeylərin əlaqəsi: Tarixi və Mədəni İrsin İnteraktiv Təqdimatı – ədəbiyyatın qoruqlarda, muzeylərdə interaktiv şəkildə təqdim edilməsi və yazılı əsərlərin eksponatlarla əlaqələndirilməsi üsulları
✔ Qoruq və muzeylərdə musiqilər vasitəsilə təqdimat– Qoruqlarda, muzeylərdə kontekstə uyğun musiqilərin seçilməsi və musiqilərin ziyarətçilərdə təsirli təcrübə yaratmaq üçün istifadəsi
Simpozium materiallarının tərtibinə qoyulan tələblər:
Kağız ölçüsü – A4
Şrift – Times New Roman
Şrift ölşüsü – 12 pt
Sətirlərarası interval – 1,15 sm
Abzas – 1,25 sm
Hər tərəfdən boş sahə – 2sm
Mövzunun adı – ortadan, böyük hərflərlə, qalın şriftlə
Müəllifin adı, soyadı, ata adı – ortadan, qalın şriftlə
İş yeri (təhsil müəssisəsi), şəhər, ölkə – ortadan, kursivlə
E-poçt ünvanı – ortadan, kursivlə
Orcid kodu – ortadan, kursivlə
Açar sözlər (5-7 söz) – Azərbaycan, ingilis və rus dillərində
Xülasə (80-100 söz) – məqalənin yazıldığı dildən başqa iki dildə
Həcmi – Tezislər üçün 300 söz, məqalələr üçün 7-9 səhifə
Mətn bölünməlidir – giriş, əsas hissə, müzakirə, nəticə
Ədəbiyyata istinadlar – kvadrat mötərizədə Məs: [1. s.56]
Ədəbiyyat siyahısı – əlifba sırası ilə
Hər müəllifdən yalnız bir tezis (məqalə) qəbul ediləcək (tək vəya həmmüəllif olmaqla)
Elmi dərəcəsi olmayan müəlliflərin məqalələrinə elmi rəhbərin, mütəxəssisin (çalışdığı müəssisənin rəhbərinin) və ya aidiyyəti sahə üzrə müəllimin rəyi əlavə edilməlidir. Bu rəy ayrı bir səhifədə təqdim olunmalı, elmi rəhbərin və ya müəllimin əlaqə vasitələri və iş yeri haqqında məlumatlar qeyd edilməlidir.
Göndərilən məqalələr antiplagiat sistemində yoxlanıldıqdan sonra Simpozium materialları toplusunda dərc olunacaq.
Göstərilən tələblərə cavab verməyən məqalələr qəbul olunmayaraq çap edilməyəcək.
Məqaləyə görə müəlliflər məsuliyyət daşıyır.
Kimlər iştirak edə bilər?
Tarixçilər, muzey və qoruq mütəxəssisləri, bələdçilər, sənətşünaslar, dizaynerlər, tələbələr və bu sahəyə marağı olan hər kəs!
Qeyd olunan istiqamətlər üzrə incəsənət əsərləri təqdim edəcək şəxslər posterləri ilə birlikdə iştirak edə bilərlər.
Məqalə qəbulu və qeydiyyat üçün son tarix:
Tezislərin qəbulu üçün son tarix – 25.06.2025
Məqalələrin qəbulu üçün son tarix – 25.07.2025
İştirakçılar ilk olaraq tezisləri göndərməlidir.
Tezis və məqalələri qubasimpozium@gmail.com elektron ünvanına göndərə bilərsiniz.
Simpoziumun elmi komitəsi:
Təşkilat Komitəsi
Elmi məsələlərlə bağlı əlaqələndirici şəxs: Namiq Bağırlı – 0506097097
Təşkilati məsələlərlə bağlı əlaqələndirici şəxs: Xəyal Nuhbalayev – 0558850036
Qoruq və muzeylərin inkişafına, mədəni irsin qorunmasına və cəmiyyət üçün daha əlçatan olmasına birlikdə yol açaq! Sizi simpoziumda iştirak etməyə və bu mühüm missiyaya töhfə verməyə dəvət edirik!
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”