• office@soyqirim.az
  • (023)335-37-07
Avropa Parlamentinin Azəbaycan üzrə daimi məruzəçisi xanım Norika Nikolaini Quba şəhərində “ Soyqırımı Memorial Kompleksi” ndə. / 29 Aprel, 2018

Avropa Parlamentinin Azəbaycan üzrə daimi məruzəçisi xanım Norika Nikolaini  və digər rəsmi şəxslər  Qubada səfərdə olublar. Səfər çərçivəsində qonaqlar və Rayon İcra Hakimiyyətinin  başçısı cənab Ziyəddin Əliyev    29.04.2018-ci il tarixində  Quba şəhərində “ Soyqırımı Memorial Kompleksi” ni ziyarət etmişlər. Kompleksin direktoru Rəxşəndə Bayramova qonaqları salamlayaraq,  XX əsr tarixinin soyqırımı və dəhşətli faciələri, erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətləri haqqında geniş məlumat vermişdir. Ziyarətcilər faciə qurbanlarının xatirəsinə ucaldılan  abidənin önünə gül dəstələri qoymuşlar. Sonda qonaqlara soyqirim hadisələrini əks etdirən kitablar və bukletlər təqdim edilmişdir.

Paylaş

Spread the love