• office@soyqirim.az
  • (023)335-37-07
Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti (1988-1994-cü illər)

Ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin sonuncu mərhələsi 1988-1994-cü illəri əhatə edir. 1988-ci ildə Ermənistan SSR-də azərbaycanlıların yaşadıqları 22 rayondan, 170-ə yaxın yalnız azərbaycanlıların yaşadıqları kəndlərdən və 94 ermənilərlə qarışıq yaşayış məntəqələrindən təqribən 250 min soydaşımız tarixi-etnik torpaqlarından deportasiya edildmişlər. Bununla da Ermənistan SSR-dən azərbaycanlıların etnik təmizlənməsi prosesi başa çatdırıldı.
1918-ci ildə imzalanan Batum müqaviləsinə görə, cəmi 9 min kvadratkilometr ərazisi olan Ermənistanın Sovet hakimiyyəti illərində ərazisi Azərbaycan torpaqları hesabına 29.7 min kvadratkilometrə çatdırılmışdır. Mənfur düşmən işğal etdiyi ərazilərlə birlikdə 45 min kvadratkilometr Azərbaycan torpaqlarına yiyələnmişdir. (Batum 1918-ci il 4 iyun)

Paylaş

Spread the love