XX əsr Azərbaycan tarixinin soyqırımı və dəhşətli faciələri haqqında məlumat verilmişdir. Məlumatlardan təsirlənmiş qonaqlar insanlığa qarşı törədilmiş bu hadisələri pisləmişlər.
“Azərbaycanda ilk dəfə olaraq belə memorial kompleks yaradılır. Kompleksin tərtibatı çox təsirlidir, memarlığı çox böyük rəmzi məna daşıyır. Bir sözlə, burada nümayiş etdirilən eksponatlar bizim tariximizi göstərir.”
Nəsimi RİH-nin təşkilatçılığı ilə “Gənc Heydərçilər” yay məktəbinin 150 nəfərdən çox iştirakçısı Soyqırımı Memorial Kompleksini ziyarət etmişlər.Məktəblilər ilk öncə soyqırımı qurbanlarının dəfn olunduğu yerdə ucaldılmış xatirə abidəsini ziyarət etmiş və sonra muzey ilə tanış olmuşlar.Gənc Heydərçilərə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar, həmçinin erməni hərbi birləşmələrinin həyata keçirdikləri soyqırımı aktları barədə ətraflı məlumat verilmişdir.
Qonağa erməni vandallarının Azərbaycan torpaqlarında törətdikləri vəhşilikəri barədə ətraflı məlumat verilmişdir.
Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və “Cavan” gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Şahdağ Turizm Mərkəzində “Yay Fest – gənclər düşərgəsi” təşkil edilmişdir. 500-dən artıq iştirakçı 16.07.2019-cu il tarixində Quba Soyqırımı Memorial Kompleksində olmuşlar. Gənclər tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi “Azərbaycançılıq” mövzusunda mühazirəsini dinləmişlər.Tarixçi bildirib ki, 101 il əvvəl erməni millətçiləri Bakıda, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakini məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmişlər.
Daha sonra Muzeyə ekskursiya edən gənclərə Kompleksin Heydər Əliyev Fondunun dəstəyi ilə 2013-cü il sentyabrın 18-də açılmasından, həmçinin XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri və erməni vandallarının ölkəmizin müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə məlumat əldə etmişlər. Sonda gənclərə soyqırımı hadisələrini özündə əks etdirən bukletlər təqdim edilmişdir.