
Hörmətli cənab Prezident, Sizə cansağlığı, firavanlıq, ölkəmizin rifahı naminə qarşıya qoyduğunuz məqsədlərə nail olmaqda yeni uğurlar diləyirik.

Hörmətli cənab Prezident, Sizə cansağlığı, firavanlıq, ölkəmizin rifahı naminə qarşıya qoyduğunuz məqsədlərə nail olmaqda yeni uğurlar diləyirik.
İclasda Kompleksin daxili idarəetməsinə dair məsələlər müzakirə edilmiş və əməkdaşlara müvafiq tapşırıqlar verilmişdir.
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Gəncə, Sumqayıt, Mingəçevir, Yevlax, Şirvan, Naftalan, Şuşa, Kəlbəcər, Xocalı, Laçın, Xocavənd, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının məktəbliləri Qubaya səfər ediblər. Səfər çərçivəsində aksiya iştirakçıları 14-15 noyabr 2019-cu il tarixlərində Soyqırımı Memorial Kompleksini ziyarət etmişlər. Məktəblilərə XX əsrin əvvəllərində Azərbaycan torpaqlarında cinayətkar erməni hərbi dəstələri tərəfindən törədilmiş soyqırımları haqqında ətraflı məlumat verilmişdir.
Qonaqlara, 1918-ci ildə Azərbaycanda erməni hərbi birləşmələri tərəfindən törədilmiş soyqırımı hadisələri zamanı 50 mindən artıq günahsız insanın amansızcasına qətlə yetirildiyi bildirilib.
Quba şəhərində Soyqırımı Memorial Kompleksi və Quba Regional Asan Xidmət Mərkəzinin təşkilatçılığı ilə “Avropa İrs Günləri” layihə çərçivəsində 19-20 sentyabr tarixlərində Kompleksdə tədbir təşkil edilmişdir. Tədbirdə Quba Təhsil müəssisələrinin 80 nəfərdən çox şagirdi və fəal gəncləri iştirak etmişdir.
Tədbirin məqsədi gənclərdə vətənpərvərlik hissinin formalaşmasında yardımçı olmaq, birgə fəaliyyət və əməkdaşlığın, sosiallaşmasının önəmini interaktiv metodlardan istifadə etməklə izah etməkdir.
Aşağıda adı qeyd olunan tədbirlər keçirilmişdir:
Sonda tədbirdə fərqlənən iştirakçılara Soyqırımı Memorial Kompleksinin direktoru Rəxşəndə Bayramova və Quba Regional “Asan Xidmət” Mərkəzinin direktoru Elman İsayev tərəfindən sertifikatlar, hədiyyələr təqdim edilmişdir.
“Avropa İrs Günləri” çərçivəsində Soyqırımı Memorial Kompleksi və Regional Asan Xidmətin birgə təşkilatçılığı ilə gün ərzində yeniyetmə və gənclər (29 yaşadək) üçün müxtəlif müsabiqələr eləcə də master klas keçiriləcək.
13-14 sentyabr tarixlərində gerçəkləşən “Tarixi Yerlər və Abidələr” I Beynəlxalq Quba Simpoziumunda Kompleksin Elmi araşdırmalar, ekspozisiyası və fond şöbəsinin müdiri xanım Lətafət Beybutova, aparıcı mütəxəssis xanım Nazilə Məmmədova, bələdçi xanım Ülkər Zeynalova elmi məqalələr ilə çıxış etmişlər. Uğurlu çıxışları ilə fərqlənən Kompleks əməkdaşları sonda sertifikatlara layiq görülmüşlər.
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin təşəbbüsü, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”, Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Və Gürcüstan Qafqaz İrs Araşdırma İntitutunun təşkilatçılığı ilə 2 gün 13-14 sentyabr tarixlərində keçirilmiş “Tarixi Yerlər və Abidələr I Beynəlxalq Quba Simpoziumu”nda 5 ölkədən 50-ə qədər alim və tədqiqatçı iştirak etmişdir. Simpoziumun keçirilməsinin əsas məqsədi regionlarda mədəni irsi, memarlıq və xatirə abidələri, qədim şəhərləri və insanların həyat tərzini araşdıran alim və tədqiqatçıları bir araya gətirmək olmuşdur.
Daha sonra, Kompleksin muzeyində plenar iclas başlanmışdır.
Plenar iclasın gedişatı: İlk öncə Azərbaycan Respublikasının himni səslənmiş, ardınca isə şəhidlərin əziz xatirəsi yad edilmişdir. İclası giriş sözü ilə Soyqırımı Memorial Kompleksinin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova açıq elan edərək Simpoziumun iştirakçılarını salamlamış və Simpoziumun işinə uğurlar arzulamışdır.
Ardınca çıxış üçün söz Quba Rayonu İcra Hakimiyyəti Başçısının humanitar məsələlər üzrə müavini Səidə Abbasovaya, Tarix elmləri doktoru, professor Solmaz Tohidiyə verilmişdir. Daha sonra tanınmış Nəsimi və Hürufilik tədqiqatçısı Prof.Dr.Fatih Usluer məruzə ilə çıxış etmişdir. Xatırladaq ki, 2019-cu ili Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq “Nəsimi ili” elan edilmişdir.
2 gün ərzində keçirilən Beynəlxalq Simpoziumda Azərbaycan, Türkiyə, İtaliya, Gürcüstan və digər müxtəlif xarici ölkələrdən olan alimlərin məruzələri dinlənilmişdir. Simpozium qonaqların “Soyqırımı Memorial Kompleksi” və Quba ilə tanışlığından sonra yekunlaşmışdır.
Kompleksin direktoru Rəxşəndə Bayramova görüləcək işlər barədə məlumat verərək, müvafiq iş bölgüsü aparmış və hər bir şöbə əməkdaşının məsul olduğu işlərlə bağlı tapşırıqlar vermişdir. Sonra iclas cari məsələlərin müzakirəsi ilə davam etmişdir.
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin və Quba Regional “ASAN Xidmət” mərkəzinin birgə Tədbirlər Planına əsasən həyata keçirilən növbəti tədbir Quba regional “ASAN Xidmət” mərkəzində reallaşdı. Kompleksin mütəxəssis-bələdçilərinin təqdim etdiyi kitab sərgisi mərkəzə gələnlərin diqqətini cəlb etmişdir. Sərgiyə yaxınlaşan hər bir vətəndaşa Kompleksin fəaliyyəti və ermənilərin 1918-ci ildə Azərbaycan torpaqlarında törətdikləri vəhşilikləri haqqında ətraflı məlumat verilmişdir.
Kompleksin əməkdaşları üçün yaradılan şəraitə görə Quba Regional “Asan Xidmət” mərkəzinin rəhbəri Elman İsayevə və kollektivə təşəkkürümüzü bildiririk.