Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi kimi qeyd edilən rəsmi bayram ilk dəfə Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə təsis edilmişdir. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix – 9 oktyabr, Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir. Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən həmin fərman qüvvədən düşürülmüş və 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir.
Səüdiyyə Ərəbistan krallığının Ali Baş Prokurorluq orqanlarının nümayəndələri, şahzadə Müsəid bin Abdulrəhman bin və digər qonaqlar “Soyqırım memorial kompleksi”ndə 1918 ci ildə baş verən soyqırım haqqında ətraflı məlumat aldılar.
28.04.2016 cı ildə Quba Rayon Prokuroru Valeh Səmədov, Baş Prokuroruluğun əməkdaşları, Səüdiyyə Ərəbistan krallığının Ali Baş Prokurorluq orqanlarının nümayəndələri, şahzadə Müsəid bin Abdulrəhman bin Ayət və digər qonaqlar “Soyqırım memorial kompleksi”ndə 1918 ci ildə baş verən soyqırım haqqında ətraflı məlumat aldılar.
Milli Təhlükəsizlik Nazirliyinin Quba şöbəsinin rəisi və əməkdaşları, ABŞ-ın Mərkəzi Kəşfiyyat idarəsinin nümayəndələri “Soyqırım kompleksi”ni ziyarət etmişlər.
28.04.2016 cı ildə Milli Təhlükəsizlik Nazirliyinin Quba şöbəsinin rəisi və əməkdaşları, ABŞ-ın Mərkəzi Kəşfiyyat idarəsinin nümayəndələri “Soyqırım kompleksi”ni ziyarət etmişlər.
Quba Rayon İcra Hakimiyyəti rəsmiləri , Türkiyyə Respublikasının Baş Prokuroru Mehmet Akarca ve digər qonaqlar “Soyqırım memorial kompleksi”ni ziyarət ediblər.
21.04.2016 cı il Quba Rayon İcra Hakimiyyəti rəsmiləri , Quba Rayon Prokuroru Valeh Səmədov , Quba Rayon Məhkəməsinin sədri Füzuli Pənahov , Türkiyyə Respublikası Ali Məhkəməsinin sədri İsmail Rüştü Cirit , Türkiyyə Respublikasının Baş Prokuroru Mehmet Akarca ve digər qonaqlar “Soyqırım memorial kompleksi”ni ziyarət ediblər. Erməni vəhşiliklərindən təsirləndiklərini bildirən ziyarətçilər bu soyqırımı dunyaya çatdırmaq üçün Türkiyənin hər zaman Azərbaycana dəstək olduğunu vurğuladılar.
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü
Aprelin 18-də bütün dünyada Beynəlxalq “Abidələr və Tarixi Yerlər Günü” qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.
Şirvan şəhərindən 50 nəfərə yaxın gənc Quba Soyqırımı məzarlığını ziyarət etdilər və soyqırım qurbanlarının xatirəsinə ucaldılmış Quba Soyqırımı Memorial Kompleksi ilə tanış oldular.
Şirvan şəhərinin deputatı Rəfael Cəbrayılovun təşəbbüsü ilə 30 mart 2016-cı il tarixdə Şirvan şəhərindən 50 nəfərə yaxın gənc Quba Soyqırımı məzarlığını ziyarət etdilər və soyqırım qurbanlarının xatirəsinə ucaldılmış Quba Soyqırımı Memorial Kompleksi ilə tanış oldular. Ziyarətdən sonra ilkin təəsüratlarını bölüşmək üçün Şirvan gəncləri ilə Quba gəncləri arasında debat təşkil olundu.
Türkiyyə Rspublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Alper Coşkun , səfirliyin əməkdaşları ilə Quba “Soyqırımı memorial kompleksi”ni və ərazidəki kütləvi məzarlığı ziyarət edib.
26.03.2016 cı ildə Türkiyyə Rspublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Alper Coşkun , səfirliyin əməkdaşları ilə Quba “Soyqırımı memorial kompleksi”ni və ərazidəki kütləvi məzarlığı ziyarət edib. Ziyarətçilərə 2007-ci ilin aprelində aşkarlanmış Quba kütləvi məzarlığı haqqında ətraflı məlumat verilib. Komplekslə tanışlıqdan sonra səfir xatirə kitabına ürək sözlərini yazıb
Naxçıvan Muxtar Respublikasından gələn məktəblilər Qubaya səfər etmişdir. Səfər zamanı onlar Soyqırım kompleksində olmuşlar
Prezident İlham Əliyevin tapşırığına əsasən ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” layihəsinə əsasən , Azərbaycanın müxtəlif bölgələrinə turlar təşkil olunmuşdur. Layihə çərçivəsində 19.03.2016 cı ildə Naxçıvan Muxtar Respublikasından gələn məktəblilər Qubaya səfər etmişdir. Səfər zamanı onlar Soyqırım kompleksində olmuşlar. Məktəblilərə 1918 ci ildə baş verən hadisələr haqqinda kompleksin bələdçiləri ətraflı məlumat vermişlər.
Böyuük Britaniyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri İrfan Siddiq, səfirlik əməkdaşları Quba Soyqırımı memorial kompleksi ilə tanış olublar.
25.02.2016 cı il Böyuük Britaniyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri İrfan Siddiq, səfirlik əməkdaşları Quba Soyqırımı memorial kompleksi ilə tanış olublar. Daha sonra britaniyalı diplomat xatirə kitabına ürək sözlərini yazaraq bu səfərin bölgəni yaxından tanımaq və Qubanın tarixini öyrənmək üçün gözəl imkan yaratdığını qeyd edib.
Memarlıq xüsusiyyətləri
Abidə üç hissədən: sivriuclu bıçaqları xatırladan iki konstruksiya – giriş və çıxışdan, mərkəzində qara xatirə daşı yerləşən əsas zaldan ibarətdir.
İnteryeri
Abidə-muzeyin ekspozisiyasında 1918-ci il mart-iyul aylarında Bakı quberniyasının 5 qəzasında – Bakı, Şamaxı, Quba, Cavad və Göyçayda müsəlman əhalinin soyqırımı tarixi öz əksini tapıb.
(daha çox…)
Azərbaycan İsrail (AZİZ) dağ yəhudilərinin icmasının rəhbərliyi, İsrailli qonaqlarla Kompleksdə olmuşlar
12.04.2015 ci ildə Azərbaycan İsrail (AZİZ) dağ yəhudilərinin icmasının rəhbərliyi, İsrailli qonaqlarla Kompleksdə olmuşlar. Sonda ürək sozlərini xatirə kitabına yazmışlar.