28.04.2016 cı ildə Milli Təhlükəsizlik Nazirliyinin Quba şöbəsinin rəisi və əməkdaşları, ABŞ-ın Mərkəzi Kəşfiyyat idarəsinin nümayəndələri “Soyqırım kompleksi”ni ziyarət etmişlər.
28.04.2016 cı ildə Milli Təhlükəsizlik Nazirliyinin Quba şöbəsinin rəisi və əməkdaşları, ABŞ-ın Mərkəzi Kəşfiyyat idarəsinin nümayəndələri “Soyqırım kompleksi”ni ziyarət etmişlər.
21.04.2016 cı il Quba Rayon İcra Hakimiyyəti rəsmiləri , Quba Rayon Prokuroru Valeh Səmədov , Quba Rayon Məhkəməsinin sədri Füzuli Pənahov , Türkiyyə Respublikası Ali Məhkəməsinin sədri İsmail Rüştü Cirit , Türkiyyə Respublikasının Baş Prokuroru Mehmet Akarca ve digər qonaqlar “Soyqırım memorial kompleksi”ni ziyarət ediblər. Erməni vəhşiliklərindən təsirləndiklərini bildirən ziyarətçilər bu soyqırımı dunyaya çatdırmaq üçün Türkiyənin hər zaman Azərbaycana dəstək olduğunu vurğuladılar.
Aprelin 18-də bütün dünyada Beynəlxalq “Abidələr və Tarixi Yerlər Günü” qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.
Şirvan şəhərinin deputatı Rəfael Cəbrayılovun təşəbbüsü ilə 30 mart 2016-cı il tarixdə Şirvan şəhərindən 50 nəfərə yaxın gənc Quba Soyqırımı məzarlığını ziyarət etdilər və soyqırım qurbanlarının xatirəsinə ucaldılmış Quba Soyqırımı Memorial Kompleksi ilə tanış oldular. Ziyarətdən sonra ilkin təəsüratlarını bölüşmək üçün Şirvan gəncləri ilə Quba gəncləri arasında debat təşkil olundu.
26.03.2016 cı ildə Türkiyyə Rspublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Alper Coşkun , səfirliyin əməkdaşları ilə Quba “Soyqırımı memorial kompleksi”ni və ərazidəki kütləvi məzarlığı ziyarət edib. Ziyarətçilərə 2007-ci ilin aprelində aşkarlanmış Quba kütləvi məzarlığı haqqında ətraflı məlumat verilib. Komplekslə tanışlıqdan sonra səfir xatirə kitabına ürək sözlərini yazıb
Prezident İlham Əliyevin tapşırığına əsasən ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” layihəsinə əsasən , Azərbaycanın müxtəlif bölgələrinə turlar təşkil olunmuşdur. Layihə çərçivəsində 19.03.2016 cı ildə Naxçıvan Muxtar Respublikasından gələn məktəblilər Qubaya səfər etmişdir. Səfər zamanı onlar Soyqırım kompleksində olmuşlar. Məktəblilərə 1918 ci ildə baş verən hadisələr haqqinda kompleksin bələdçiləri ətraflı məlumat vermişlər.
25.02.2016 cı il Böyuük Britaniyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri İrfan Siddiq, səfirlik əməkdaşları Quba Soyqırımı memorial kompleksi ilə tanış olublar. Daha sonra britaniyalı diplomat xatirə kitabına ürək sözlərini yazaraq bu səfərin bölgəni yaxından tanımaq və Qubanın tarixini öyrənmək üçün gözəl imkan yaratdığını qeyd edib.
Abidə üç hissədən: sivriuclu bıçaqları xatırladan iki konstruksiya – giriş və çıxışdan, mərkəzində qara xatirə daşı yerləşən əsas zaldan ibarətdir.
Abidə-muzeyin ekspozisiyasında 1918-ci il mart-iyul aylarında Bakı quberniyasının 5 qəzasında – Bakı, Şamaxı, Quba, Cavad və Göyçayda müsəlman əhalinin soyqırımı tarixi öz əksini tapıb.
(daha çox…)
12.04.2015 ci ildə Azərbaycan İsrail (AZİZ) dağ yəhudilərinin icmasının rəhbərliyi, İsrailli qonaqlarla Kompleksdə olmuşlar. Sonda ürək sozlərini xatirə kitabına yazmışlar.
10.04.2015 ci ildə Dövlət Gömrük Komitəsinin əməkdaşları, Kamerun DGK nın rəhbəri xanım Liban Mihette və digər qonaqlar Qubaya səfəri zamanı proqram çərçivəsində Soyqırım kompleksini ziyarət etmişlər.
09.04.2015 ci il Quba Rayon İcra Hakimiyyətinin başçısı , AMEA Milli Tarix İnistitunun əməkdaşları , ”Azərbaycan və Şərqi Anadoluda 1914-1920 ci illərdə türk-müsəlman əhalisinə qarşı soyqırımlar” mövzusunda III Beynəlxalq elmi konfrans iştirakçıları Soyqırım kompleksini ziyarət etmişlər.