• qsmk@soyqirim.az
  • (023)336-37-07
Xəbərlər
18 May - Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə "Açıq qapı" günü elan olunur. Bu gün münasibətilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə də "Açıq qapı" günü təşkil olunub. Gələn yerli və xarici ziyarətçilərə kompleksin əməkdaşları tərəfindən bu günün tarixi, 1918-ci il hadisələri haqqında ətraflı məlumatlar verilib. Qeyd edək ki, Beynəlxalq Muzeylər Günü Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis edilib və bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında mühüm rol oynadığını göstərməkdir.
18 May Beynəlxalq Muzeylər Günü münasibətilə Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"nin təşkilatçılığı ilə “18 May Beynəlxalq Muzeylər Günü: İncəsənət və Tarixin İşığında” adlı Ustad dərsi təşkil olunub. Tədbirin məqsədi muzeylərin cəmiyyətin mədəni və elmi həyatındakı rolunu vurğulamaq, muzey işinin inkişaf perspektivlərini müzakirə etmək olub.
Soyqırımı Memorial Kompleksində açıq dərslər davam edir.
ADPU-nun Şamaxı filialında "Mədəni irsimiz: Dünən və bu gün" mövzusunda sərgi təşkil edilib
Soyqırımı Memorial Kompleksinin əməkdaşları tərəfindən şagirdlər üçün təşkil olunan tarixi mövzular üzrə açıq dərslərin keçirilməsi davam etdirilir. Belə ki, növbəti dərs Qusar rayon Piral kənd tam orta məktəbinin 5-ci sinif şagirdləri üçün təşkil edilib.
“Tarixi abidələrimizi qoruyaq” layihəsi çərçivəsində tarixi həqiqətlərimizin gənc nəslə çatdırılması məqsədilə açıq dərslərin təşkili davam edir. Təşkil olunan növbəti tədbirdə Quba rayonu birinci Nügədi kənd 2№-li orta məktəbin 30-ə yaxın müəllim-şagirdləri iştirak etmişlər.
Aprelin 18-də Yasamal rayon Heydər Əliyev Mərkəzi və Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"nin birgə təşkilatçılığı ilə Beynəlxalq Abidələr və Tarix Yerlər Gününə həsr olunmuş "Tarixi abidələrin qorunması, bərpası ənənəsinin davamı" mövzusunda tədbir keçirildi.
18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ərəfəsində Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"nə gələn məktəblilər üçün Kompleksin fəaliyyəti, soyqırımı həqiqətləri, eləcə də 1918-ci ildə Azərbaycan torpaqlarında baş verən hadisələrlə bağlı verilmiş məlumatlar əsasında viktorina təşkil edilmişdir. Sualları doğru cavablandıran fəal məktəblilərə Kompleksin bələdçiləri tərəfindən müxtəlif hədiyyələr təqdim edilmişdir.
Açıq dərslərin təşkili davam edir.
Quba şəhərində "Soyqırımı Memorial Kompleksi", "Çıraqqala Şabran” Dövlət Memarlıq Qoruğu və "Pir hüseyn Xanəgahı" Dövlət Memarlıq Qoruğunun birgə təşkilatçılığı ilə 18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar vebinar keçirilib.
18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü
Quba şəhərində "Soyqırımı Memorial Kompleksi" tərəfindən həyata keçirilmiş "Mədəni İrsimiz: Dünən və Bu Gün" layihəsi çərçivəsində Qarabağda işğal zamanı dağıdılmış və Vətən müharibəsindən sonra yenidən bərpa edilən abidələrə həsr olunmuş sərgi növbəti dəfə Qusar Dövlət Rəsm Qalereyasında nümayiş olunub. Kompleksin əməkdaşı tərəfindən ziyarətçilərə sərgi haqqında müfəssəl məlumat verilib.
1 6 7 8 9 10 66