Tarixdə bu gün: 7 dekabr 1918-ci il Azərbaycan Parlamentinin fəaliyyətə başladığı gündür.

Azərbaycan Parlamentinin təntənəli açılışı 1918-ci il dekabrın 7-də saat 13:00-da Hacı Zeynalabdin Tağıyevin Nikolayev küçəsində yerləşən keçmiş Qızlar Məktəbinin binasında (hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) olmuşdu. Bu, bütün müsəlman şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament idi. Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə geniş təbrik nitqi söylədi.
Əlimərdan bəy Topçubaşov parlamentin sədri, doktor Həsən bəy Ağayev isə sədrin birinci müavini seçildi. Paris Sülh Konfransına yola düşmüş Əlimərdan bəy Topçubaşov səfərdə olduğu üçün parlamentin fəaliyyətinə Həsən bəy Ağayev rəhbərlik etdi. Parlamentin ilk iclasındaca Fətəli xan Xoyski hökumətinin istefası qəbul edildi və yeni hökumətin təşkil olunması qərara alındı. Yeni hökumətin təşkili yenidən Fətəli xan Xoyskiyə tapşırıldı. 1918-ci il dekabrın 26-da Fətəli xan Xoyski parlamentdə öz proqramı ilə çıxış etdi və yeni hökumətin tərkibini təsdiq olunmağa təqdim etdi. Parlament hökumətin proqramını qəbul etdi və Fətəli xan Xoyskinin təşkil etdiyi hökumətə etimad göstərdi.

Dövlət Xidmətinin rəisi UNESCO-nun iclaslarında iştirak edib

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti Fransada səfərdədir. Səfərin məqsədi 29 noyabr – 3 dekabr tarixlərində baş tutan UNESCO-nun “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyasına tərəf dövlətlərin 14-cü iclasında, Haaqa Konvensiyasının İkinci Protokoluna tərəf dövlətlərin 9-cu iclasında, eyni zamanda Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması üzrə Komitənin 16-cı iclasında iştirak etməkdir.

Tədbirlər çərçivəsində “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyasının implementasiya ilə bağlı məsələlər, əməkdaşlıq istiqamətləri, Konvensiyasının icrası barədə milli hesabatların təqdim edilməsi, həmçinin İkinci Protokolun implementasiyası, yeni dövlətlərin ratifikasiyası və qoşulması, İkinci Protokolun icrası üzrə hesabatların təqdim edilməsi və eləcə də Büro üzvlərinin müəyyən edilməsi kimi məsələlərin müzakirəsi nəzərdə tutulur.

29 noyabr tarixində keçirilən Konvensiyaya tərəf dövlətlərin 14-cü iclası zamanı Konvensiyanın icrası ilə bağlı hesabatın müzakirəsi zamanı Dövlət Xidmətinin rəisi Azad Cəfərli çıxış edib. Konvensiyanın vacibliyindən danışaraq, işğaldan azad olunmuş ərazilərimizdəki abidələrin vəziyyəti ilə bağlı məlumat verib, bu istiqamətdə UNESCO Texniki Missiyasının önəmini qeyd edib.

İclas zamanı Ermənistan tərəfinin təxribat xarakterli çıxışlarına müvafiq olaraq, adekvat cavablar verilib və Ermənistan nümayəndə heyətinin iclası siyasiləşdirməsinin yolverilməzliyi diqqətə çatdırılıb.

Mədəniyyət Nazirliyinin nümayəndə heyətinin həmçinin ikinci Protokola tərəf dövlətlərin 9-cu iclası, eləcə də ikinci Protokolun Komitə iclasında iştirakı nəzərdə tutulur.

Tarixi həqiqətlər: Əzəli Azərbaycan torpağı - Zəngəzur mahalı

Azərbaycan Xalq Cumhuriyyətinin süqutundan sonra Sovet hakimiyyəti tərəfindən Azərbaycan torpaqlarının Ermənistana ilhaq edilməsi barədə ölkə suverenliyi nəzərə alınmadan qeyri-qanuni qərəzli qərarlar qəbul edilmişdir. Azərbaycan dövlətinin və xalqının iradəsinə zidd olaraq qəbul edilmiş bu qərarlardan biri də tarixi Zəngəzur mahalının Sovet Ermənistanına verilməsi idi.
Azərbaycanın tarixi ərazisi Yuxarı Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbacan Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə baş vermişdir. Qərarda Zəngəzur bölgəsini Qərbi Zəngəzur qəzası və Şərqi Zəngəzur qəzası olaraq iki yerə bölmək təklif edilirdi. Nəticədə, Zəngəzur qəzasının 6742 kv. verstlik ərazisindən 3 min 105 kv. versti Azərbaycan SSR tərkibində qalmış, 3min 637 kv. verstlik hissəsi isə Ermənistana verilmişdi. Məqsədyönlu şəkildə aparılan bu ərazi bölgüləri qədim Naxçıvan diyarını digər Azərbaycan torpaqlarından ayrı saldı.
1933-cü ildə Sovet Ermənistanı Yuxarı Zəngəzur mahalını ləgv etmiş, rayonların yaradılmasından sonra isə Zəngəzur adı xəritələrdən silinməyə başlanılmışdı.
Azərbaycanın tarixi yurd yeri olan Zəngəzur mahalının ərazisində Qafan, Gorus, Qarakilsə (Sisian) və Mehri rayonları yaradıldı. Zəngəzurun Azərbaycanda qalan hissəsində isə əvvəlcə Kürdüstan qəzası, sonra isə Zəngilan, Qubadlı, Laçın rayonları yaradıldı. 1992-93-cü illərdə isə Zəngəzurun qalan əraziləri də erməni silahlı birləşmələri tərəfindən işğal edilmişdir.

24.11.2021-ci il tarixində Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə “Nizami Gəncəvinin hikmətli sözləri” mövzusunda növbəti onlayn elmi seminar Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə daxil olan Tarix və Mədəniyyət Qoruqlarının və Kompleksin ümumilikdə 46-dək elmi işçisinin iştirakı ilə keçirilmişdir.

Məruzə edən Kompeksin direktoru t.ü.f.d. Rəxşəndə Bayramova ” Nizami Gəncəvi ili” çərçivəsində Kompleksdə keçirilmiş tədbirlər barədə slaydların nümayişi ilə ətraflı məlumat vermişdir.
Digər məruzəçilər-Nazilə Məmmədova və Namiq Bağırlı insanları ən yüksək əxlaqi və mənəvi keyfiyyətlərə səsləndirən dahi mütəfəkkir Nizami Gəncəvi yaradıcılığı haqqında çıxışlar etmişlər.

22.11.2021-ci il tarixində Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə “İntibah dövrünün mütəfəkkiri Nizami Gəncəvi” mövzusunda növbəti onlayn elmi seminar təşkil olunmuşdur.

Seminar Kompeksin direktoru t.ü.f.d. Rəxşəndə Bayramovanın moderatorluğu və 25 nəfər əməkdaşın iştirakı ilə 22.11.2021-ci il tarixində keçirilmişdir. Məruzəçilər – Səriyyə Abidova, Orxan Hüseynov və Aygün Ağamirzəyeva çıxışlarında ümumbəşəri dəyərləri, əxlaqi, etik ideyaları özündə birləşdirən dahi mütəfəkkir Nizami Gəncəvinin zəngin yaradıcılığı barədə çıxışlar etmişlər.

19.11.2021-ci il tarixində Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə “Şeyx Nizami Gəncəvinin həyatı və yaradıcılığı” adlı növbəti onlayn elmi seminar keçirilmişdir.

Nizami Gəncəvi ili ” çərçivəsində Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə təsdiq edilmiş müvafiq Tədbirlər planına əsasən noyabr ayı ərzində onlayn elmi seminarlar təşkil olunur.Növbəti seminar Kompeksin direktoru t.ü.f.d.Rəxşəndə Bayramovanın moderatorluğu və 20 nəfər əməkdaşının iştirakı ilə 19.11.2021-ci il tarixində keçirilmişdir. Məruzəçilər Lətafət Beybutova, Emin Ulubəyov, Ülkər Zeynalova dahi mütəfəkkir Nizami Gəncəvinin həyat və yaradıcılığının müxtəlif mərhələlərinə həsr edilmiş mövzularda çıxışlar etmiş, şairin dünya şöhrəti qazanan “Xəmsə” sinin zəngin bədii xəzinə olduğunu və hər zaman öyrənilməsinə ehtiyac olduğunu qeyd etmişlər.

Əziz izləyicilər! Azərbaycan Respublikası Prezidentinin 05.01.2021-ci il tarixli Sərəncamı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvininanadanolmasının 880 illikyubileyi münasibətilə ölkəmizdə 2021-ci il "NizamiGəncəvi İli" elan edilmişdir. "NizamiGəncəvi İli" çərçivəsində Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə təsdiq edilmiş müvafiq tədbirlər planına əsasən noyabr ayı ərzində onlayn seminarların keçirilməsi planlaşdırılır. Seminarlarin keçirilməsi vaxtları və mövzuları barədə hazırlanmış sxemi təqdim edir və Sizləri həmin tədbirlərdə iştirak etməyə dəvət edirik.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə 09 noyabr Respublikada “BAYRAQ GÜNÜ” kimi qeyd edilir.

Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir. Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə qəbul edilmişdir.

Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” şüarının müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir.