
İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Vətən müharibəsi şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq keçirilən yürüşdə iştirak ediblər.
44 GÜNLÜK VƏTƏN MÜHARİBƏSİ
"Azərbaycan turizm blogerləri Assosiasiyası" İctimai Birliyinin sədri, jurnalist, blogger , səyyah Azər Qəribov (Azər Qərib ) və Assosiasiyanın üzvləri Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət etmişlər. Blogerlərə 1918-ci ildə ermənilər tərəfindən törədilən soyqırımı hadisələri haqqında ətraflı məlumat verilmişdir.
VAKANSİYA !!!
Quba Soyqırımı Memorial Kompleksinə mütəxəssis vəzifəsinə işçi tələb olunur.
Vəzifə və öhdəliklər:
– Sosial media hesabları və platformaları (Facebook, LinkedIn,Instagram və s.) ilə işləmək;
– Kompleksin saytına, sosial şəbəkələrinə gündəlik gələn şərh (rəy, mesaj) və soruğuları cavablandırmaq;
– Yerli və beynəlxalq simpozium, konfranslarda iştirak üçün tarixi mövzularda elmi məqalələr hazırlamaq
Namizəd üçün tələblər:
- Yaş həddi: 25-35 yaş arası
- Ali təhsil(tarix və ingilis dili sahəsi üzrə)
- Dil bilikləri: Azərbaycan və ingilis dilində sərbəst danışma və yazma bacarığı
- Kompüter bilikləri : Microsoft office paket
- Ünsiyyət qurma, kollektivdə işləmə qabiliyyəti
- Dəqiqlik və yüksək icraçılıq bacarığı
- Kreativ ideyalı və yaradıcı qabiliyyətli, məsuliyyətli və diqqətli olmalı
İş təcrubəsi: arzuolunandır
İş qrafiki: sürüşən qrafik üzrə (2 gün istirahət günu) saat 09.00-dan-18.00-dək
Əlaqə: Müraciət etmək üçün CV-nizi email ünvanına göndərə bilərsiniz.
Tel:(+99423) 335 37 07
Email:
qsmk@soyqirim.az
office@soyqirim.az
quba.soyqirim@mail.ru
Tarixdə bu gün 15 sentyabr 1918-ci il Bakının azad olunması günü

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə keçirilən “XX əsr Türk-Müsəlman Soyqırımları, Bakının Qafqaz İslam Ordusu tərəfindən qurtuluşundan Qarabağ Zəfərinə doğru Azərbaycan-Türkiyə münasibətləri” mövzusunda II Beynəlxaq Quba Elmi Simpoziumu sona çatmışdır.
Bölmə iclaslarında elmi məqalələri ilə uğurlu çıxış edən tədqiqatçı-alimlərə Seritifikatlar təqdim edilmişdir. Sertifikata layiq görülənlər sırasında Kompleksin direktor müavini Mehriban Əliyeva və mütəxəssisi Ülkər Zeynalova da yer alır.
Azərbaycan, Türkiyə, Rusiya və Kuzey Kibris Türk Cümhuriyyətindən 50-ə qədər alim və tədqiqatçının iştirak etdiyi II Beynəlxaq Quba Elmi Simopoziumun bölmə iclaslarında alimlərin məruzələri dinlənilmiş, geniş müzakirələr aparılmışdır.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” və Azərbaycan Pedaqoji Universitetinin “Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının birgə təşkilatçılığı ilə keçirilən “XX əsr Türk-Müsəlman Soyqırımları, Bakının Qafqaz İslam Ordusu tərəfindən Qurtuluşundan Qarabağ Zəfərinə Azərbaycan-Türkiyən münasibətləri”adlı elmi simpozium açılış mərasimi keçirilmişdir.
Simpoziumun keçirilməsində əsas məqsəd regionda elm və tarixin inkişafına dəstək olmaq, XX əsr soyqırımı həqiqətlərini bir daha araşdırmaq, Azərbaycan Xalq Cümhuriyyəti və Türkiyə-Azərbaycan dostluğunun tarixini, 44 günlük vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərimizi böyük fəxr və qürurla dünya ictimaiyyətinə çatdırmaq və bu sahədə araşdırma aparan alim və tədqiqatçıları bir araya gətirməkdır.
XX əsr Türk-Müsəlman Soyqırımları, Bakının Qafqaz İslam Ordusu tərəfindən Qurtuluşundan Qarabağ Zəfərinə doğru Azərbaycan-Türkiyə münasibətləri Bakının erməni – daşnak, bolşevik işğalından azad edilməsinin 103 illiyinə həsr olunmuş ll Beynəlxalq Quba Elmi Simpoziumuna start verildi !XX əsr Türk-Müsəlman Soyqırımları, Bakının Qafqaz İslam Ordusu tərəfindən Qurtuluşundan Qarabağ Zəfərinə doğru Azərbaycan-Türkiyə münasibətləri Bakının erməni – daşnak, bolşevik işğalından azad edilməsinin 103 illiyinə həsr olunmuş ll Beynəlxalq Quba Elmi Simpoziumuna start verildi !
Tarixdə bu gün. Ermənistan hərbi birləşmələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilən Ballıqaya qətliamından 29 il keçir.

1992-ci il avqustun 27-dən 28-nə keçən gecə erməni quldurları Laçın rayonundan məcburi köçkün düşən və Goranboy rayonunun Ballıqaya kəndində müvəqqəti məskunlaşmış 24 nəfər azərbaycanlı mülki şəxsi amansızlıqla qətlə yetirib, 9 nəfəri yaralayıblar. Qətlə yetirilənlərin arasında 6 azyaşlı uşaq, o cümlədən 6 aylıq körpə də olub, 3 azyaşlı uşaq hər iki valideynini itirib. Öldürülmüş dinc insanların bəzilərinin meyitləri yandırılıb. Ümumilikdə öldürülənlərin əksəriyyəti uşaqlar, qadınlar və qocalar olub.
Tarixdə bu gün. 28 avqust 1919-cu il — Azərbaycan Xalq Cümhuriyyəti hökuməti xalq maarifinin, orta məktəblərin milliləşdirilməsi haqqında qanun qəbul etmişdir.


