Azərbaycan Xalq Cümhuriyyəti

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1918-ci il 7 dekabr tarixli qərarı ilə Parlamentin sədri Əlimərdan bəy Topçubaşovun başçılığı ilə tam səlahiyyətli və geniş hüquqlara malik olan nümayəndə heyəti Parisə göndərilmişdir.Uzun sürən keşməkeşli mübarizə dolu fəaliyyətin nəticəsində Paris Sülh Konfransının Ali Şurası tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin tanınması haqqında 1920-ci il 11 yanvar tarixli qərarı qəbul edilmişdir. Beləliklə Azərbaycan Xalq Cümhuriyyəti de-fakto tanınmışdır. 100 il əvvəl bu günlərdə, həmin bu binanın 2-ci mərtəbəsinin eyvanından M.Ə. Rəsulzadə təbrik çıxışı söylədi və nitqini bu sözlərlə bitirdi:  “Azərbaycan xalqı öz istiqlalını dünyaya tanıtdı. Bir kərə yüksələn bayraq, bir daha enməz!

(Azərbaycanın istiqılalının dünya dövlətləri tərəfindən tanıdılması münasibətilə çəkilmiş foto)

 

 

 

20 Yanvar Faciəsinin Anımı

1990-cı il 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Quba şəhəri “Soyqırımı Memorial Kompleksi”ndə  kitab sərgisi təşkil edilmiş və   18 yanvar tarixində “Tarixi filmlər” layihəsi çərçivəsində  “Qanlı Yanvar” bədii filmi nümayiş etdirilmişdir. Bundan əlavə  19-20 yanvar tarixlərində Kompleksə gələn yerli və xarici ziyarətçilər üçün  20 Yanvar hadisələrinin  fotoşəkillərini və həmin dövrdə çəkilmiş video görüntüləri əks etdirən video çarx  nümayiş etdirilir. Həmçinin Kompleksin peşəkar mütəxəssisləri tərəfindən  bu günlərdə qeyd olunan hadisələrlə bağlı ziyarətçilərə ətraflı məlumatlar verilir.

Nüfuzlu Ərəb mediasında Azərbaycanlıların soyqırımları barədə geniş məzmunlu məqalələlər dərc edilmişdir.

“Qarabağ Qafqazda Sülhün Yolu” kitabının müəllifi, ölkəmiz haqqında ərəb dilli mətbuat və internet saytlarında müxtəlif mövzularda məqalələr yazan tanınmış misirli araşdırmaçı-jurnalist Əhməd Abdoh Tarabik Quba Soyqırımı Memorial Kompleksini ziyarət etdikdən sonra Azərbaycanlılara qarşı törətdilən soyqırımı hadisələrinin 100-cü ildönümü ərəfəsində “Azərbaycanlılara qarşı törətdilən soyqırımın 100-cü ildönümü” adlı ətraflı məqalə yazmışdır.

http://www.alwasela.com/199216

Bu günlərdə isə müəllif azərbaycanlıların başına gətirilmiş soyqırımları barədə, o cümlədən 20 yanavar faciəsinin 30-cu ildönümü ilə əlaqədar nüfuzlu “Əl-Vasiylə” xəbər portalında “Yanvar Azərbaycan tarixinin yaddaşında” adlı geniş məzmunlu məqalə dərc etmişdir.

http://www.alwasela.com/451670

 

ELAN:

2007-ci ildə Quba şəhərində Qudyalçayın sol sahilində, keçmiş stadion ərazisində tikinti məqsədi ilə aparılan qazıntılar zamanı təsadüf nəticəsində insan sümükləri ilə dolu 2 quyu və 2 arx aşkarlanmışdı. Azərbaycan Milli Elimlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda 2007-ci ilin aprel ayının 8-dən 11-dək ilkin tədqiqat işləri aparılmış və bu yerin 1918-ci ildə erməni quldur dəstələrinin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımla bağlı olduğu müəyyən edilmişdir.
Azərbaycan Respublikası Prezidenti Adminstasiyasının Soyqırımı Memorial Kompleksi ilə bağlı bəzi məsələlər haqqında 05.06.2017-ci il tarixli sərəncamına əsasən müvafiq Dövlət komissiyası yaradılmışdır. Komissiya kompleksin mövcud vəziyyətini yerində araşdırmışdır. Dövlət komissiyanın qərarına əsasən ərazidəki torpaq sürüşmələri nəticəsində yararsız hala düşdüyü üçün məzarlıqdakı insan sümükləri milli və dini adətlərə uyğun olaraq dəfn edilmişdir. Qeyd edilən ərazidə 2018-ci ilin fevral ayında Soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə xatirə abidəsi ucaldılmışdir. Hər il minlərlə insan həmin abidəni ziyarət edərək önünə gül dəstələri düzürlər.

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə il ərzində görülmüş işlər barədə hesabat iclası keçirildi.

Soyqırımı Memorial Kompleksində müəssisənin 2019-cu il üçün təsdiq olunmuş iş planına əsasən fəaliyyəti, proqram və layihələrin icrası istiqamətində görülən işlər baradə genişləndirilmiş iclası keçirilmiş və direktor Rəxşəndə Bayramova tərəfindən illik hesabatın Hesabat-2019 Power-Point prezentasiyasi keçirilmişdir.

“Ölkəmizi tanıyaq”

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Gəncə, Sumqayıt, Mingəçevir, Yevlax, Şirvan, Naftalan, Şuşa, Kəlbəcər, Xocalı, Laçın, Xocavənd, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının məktəbliləri Qubaya səfər ediblər. Səfər çərçivəsində aksiya iştirakçıları 14-15 noyabr 2019-cu il tarixlərində Soyqırımı Memorial Kompleksini ziyarət etmişlər. Məktəblilərə XX əsrin əvvəllərində Azərbaycan torpaqlarında cinayətkar erməni hərbi dəstələri tərəfindən törədilmiş soyqırımları haqqında ətraflı məlumat verilmişdir.