Fransa Oradur Sür-Qlan səhərinin meri Flipp Lakrua , Orandur Sür-Qlan qırginlarınin şahidi Roben Ebros və digər qonaqlar Kompleksi ekskursiya etmişlər.

31.10.2014 cü ildə Quba Rayon İcra Hakimiyyətinin rəsmiləri,Fransa Oradur Sür-Qlan səhərinin meri Flipp Lakrua , Orandur Sür-Qlan qırginlarınin şahidi Roben Ebros, Azərbaycan Respublikasının Fransadakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Nigar Hüseynova və digər qonaqlar Kompleksi ekskursiya etmişlər. Gələn fransalı qonaqlar II Dunya müharibəsi vaxtı Fransa tarixindədə dinc əhaliyə qarşı faşistlər tərəfindən  törədilən vəhşiliklər haqqında məlumat verdilər və xatirə olaraq Kompleksin kitabxanasına Oradur Sür-Qlan 10 İyun 1944 cü il kitabını hədiyyə etdilər.

UNESCO İcra Şurasının üzvü Məhəmməd Sami Əmir , Meksika Senatınin Xarici Əlaqələr Komitəsinin sədri Qabriella Kuevas Barron və başqaları “Soyqırım kompleksi”ni  ziyarət etmişlər.

04.10.2014 cü ildə UNESCO İcra Şurasının üzvü Məhəmməd Sami Əmir , Meksika Senatınin Xarici Əlaqələr Komitəsinin sədri Qabriella Kuevas Barron , Azərbaycan Respublikasınin Meksikadakı  səfiri İlqar Muxtarov , Xarici İslər Nazirliyinin əməkdaşları “Soyqırım kompleksi”ni  ziyarət etmişlər.

IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları proqram çərçivəsində Soyqırım kompleksində olmuşdurlar

04.10.2014 cü ildə  IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları proqram çərçivəsində Soyqırım kompleksində olmuşdurlar.Forum iştirakçılarından olan Fizika üzrə Nobel mükafatçısı Devid Qross gördüklərindən təsirlənərək bildirdi ki , bu cür dəhşətli faciələr birdə təkrarlanmamalıdır. Forumun digər iştirakçısı Kaliforniya Universitetinin professoru Yael Varsel öz çixişında demişdir : “Bura gəlməsəydim hadisələr haqqında dəqiq məlumat əldə edə bilməzdim. Gördüklərimi tələbələrimə əminliklə danışa bilərəm”.

Millət Vəkili Qənirə Paşayeva Macarıstanlı qonaqlara “Soyqırım memorial kompleksi”nin tikilmə səbəbi və tarixi haqqında geniş məlumat verdi

07.06.2014 ci ildə Millət Vəkili Qənirə Paşayeva Macarıstanlı qonaqlara “Soyqırım memorial kompleksi”nin tikilmə səbəbi və tarixi haqqında geniş məlumat verdi. O, 1918 ci ildə erməni daşnaklarının Qubada və Azərbaycanın digər bölgələrində dinc əhaliyə qarşı törətdikləri qətliamı tarixi faktlarla qonaqların diqqətinə çatdırdı

Qafqaz Müsəlmanları İdarəsinin Seyxi Hacı Allahşükür Paşazadə və başqa qonaqlar Kütləvi məzarlıqı ziyarət etdilər

03.04.2014 ci ildə Kütləvi məzarlıqı ziyarət edən Qafqaz Müsəlmanları İdarəsinin Seyxi Hacı Allahşükür Paşazadə və digər qonaqlara, 1918 ci ildə erməni terorçuları tərəfindən qətlə yetirilmiş dinc əhaliyə qarşı törədilən vəhşiliklər  haqqında geniş məlumat verildi. Hacı Allahşükür Paşazadə müsahibəsi  zamanı bildirib ki,bu tarixi həqiqətləri geniş şəkildə dünyaya çatdırmaq olduqca vacibdir.

Azərbaycan Milli Elmlər Akademiyası , Dünya Gənc  Alimlərinin Beynəlxalq Baki Forumunun iştirakçıları “Soyqırım memorial kompleksi”ni ziyarət etmişlər

30.03.2014 ci ildə Azərbaycan Milli Elmlər Akademiyası , Dünya Gənc  Alimlərinin Beynəlxalq Baki Forumunun iştirakçıları “Soyqırım memorial kompleksi”ni ziyarət etmişlər. Ziyarət zamanı memorial kompleksdə ermənilərin Qubada eləcədə Azərbaycanda törətdikləri soyqırımı faktları ilə taniş olmuşlar.

Fransali senatorlar Silvi Qoy-Şaven, Kristian Nemi , Mohamed Salehi Azərbaycana səfəri çərçivəsində Soyqırım kompleksini ziyarət etdilər

09.10.2013 cü il də Fransali senatorlar Silvi Qoy-Şaven, Kristian Nemi , Mohamed Salehi Azərbaycana səfəri çərçivəsində Soyqırım kompleksini ziyarət etmişlər.Fransalı qonaqlar muzeyin önündə Soyqırım qurbanlarına xatirəsinə hörmət olaraq muzeyin önünə əklil qoymuşlar və alma ağacları əkmişlər.