Bakı qəzası

 

1917-ci ilin sonu – 1918-ci ilin əvvəllərində Bakıda daşnak-bolşevik birləşmələrinin milli qüvvələrə qarşı açıq mübarizəsi yetişməkdə idi. 1917-ci ilin dekabrında Rusiya Xalq Komissarları Sovetinin sədri V. İ. Lenin tərəfindən Qafqazın Fövqəladə Komissarı təyin olunmuş S. Şaumyanın Tiflisdən Bakıya gəlişi buradakı siyasi vəziyyəti daha da gərginləşdirdi. Bolşevik – daşnak qüvvələrinin birləşdiyi Bakı Sovetinin ixtiyarında Qırmızı ordu adı altında əksəriyyəti ermənilərdən ibarət olan 20 minlik silahlı qüvvə cəmləşmişdir.
1918-ci ilin martında Bakıda siyasi vəziyyət son dərəcə gərgin idi. Cənubi Qafqazın ən güclü siyasi partiyasına çevrilən “Müsavat” Azərbaycanın ərazi muxtariyyəti və siyasi hakimiyyət uğrunda inamla mübarizə aparırdı. Şaumyan başda olmaqla bolşevik qüvvələri, Erməni Milli Şurası və “Daşnaksutyun” partiyasının rəhbərləri ilə birlikdə “Müsavat”a qarşı əsl müharibəyə başladılar. Bakıda Azərbaycan milli qüvvələrinin sayca az və pis silahlanmış olduğunu yaxşı bilən Şaumyan müsəlmanlara “dərs vermək” üçün milli qırğına hazırlaşırdı.
1918-ci il mart ayının 27-də Azərbaycanın tanınmış milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin faciəli şəkildə həlak olmuş oğlu Məhəmmədin cənazəsinin Lənkərandan Bakıya gətirən “Evelina” gəmisində olan 48 nəfər müsəlman diviziyasının zabit və əsgərlərdən ibarət heyətin tərksilah edilməsi Bakıda qanlı toqquşmaların baş verməsi üçün üçün bəhanə olmuşdur.
                  1918-ci il martın 30-da şəhərin müxtəlif hissələrində azərbaycanlıların qeyri-mütəşəkkil etiraz mitinqləri başlanmışdır. Şəhərin mərkəzi və bütün müsəlman məhəllələri bolşevik-erməni birləşmələrinin silahlı hücumuna, aeroplanlardan bombardmana və Xəzər donanmasının sahilə gətirilmiş gəmilərindən fasiləsiz top atəşinə məruz qalmışdır. Mart günlərində Bakının azərbaycanlı əhalisi – kübar zümrələrdən tutmuş sadə adamlara qədər bütün təbəqələr erməni zorakılıqlarının və talanlarının qurbanlarına çevrilmişdir. Azərbaycan milli elitasının və siyasi qüvvələrinin şəhərdə gərginliyin daha da dərinləşməsinin qarşısını almaq üçün göstərdikləri bütün cəhdlər son nəticədə təsirsiz qalmışdır.

Fövqəladə Təhqiqat Komissiyasının sənədlərinə əsasən 1918-ci il 31mart-01 aprel tarixlərində Bakı və ətraf kəndlərinin (Məhəmmədi, Əhmədli, Balaxanı, Binəqədi, Bibi-Heybət, Hökməli, Zabrat, Sabunçu, Ramana, Xırdalan və s. ) 12 mindən artıq türk-müsəlman əhalisi erməni silahlı dəstələri tərəfindən törədilmiş vəhşiliklərin qurbanı olmuşlar.
1918-ci ilin faciəli mart günlərində şəhərin müsəlman əhalisinə vurulan maddi ziyanın miqyası məlum faktlar əsasında 400 000 000 göstərilirdi. Yandırılan və dağıdılan binalar arasında azərbaycanlıların mədəni-ictimai və dini mərkəzini təcəssüm etdirən “İsmailliyə” – Müsəlman Xeyriyyə Cəmiyyətinin binası, “Kaspi” və “Açıq söz” qəzetlərinin, “Dağıstan”, “İsgəndəriyyə” və “İslamiyyə” mehmanxanalarının binaları da var idi. Müsəlmanların qaldıqları bu mehmanxana və karvansaralar orada olan insanlarla birlikdə yandırılmışdı.

 

Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"nin direktoru Rəxşəndə xanım Bayramova "Tarix Üzrə Fəlsəfə Doktoru" adına layiq görüldü

Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamına uyğun olaraq, “Cümhuriyyət İli” çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda “Quba bölgəsi Azərbaycan Xalq Cümhuriyyəti dövründə” adlı dissertasiya müdafiəsi keçirilib.

Tarix İnstitutundan verilən məlumata görə, dissertasiya işinin müəllifi Rəxşəndə Bayramova, elmi rəhbər isə institutun “Azərbaycan Xalq Cümhuriyyətinin tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Maksvelldir.

Dissertasiya Şurasının sədri, Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov qeyd edib ki, ulu öndər Heydər Əliyev tarixçilər qarşısında Azərbaycanın XIX-XX əsrlər tarixinin yenidən yazılması vəzifəsini qoymuşdu.

Bildirilib ki, dissertasiya Quba bölgəsində 1917-1921-ci illərdə cərəyan etmiş proseslərin sistemli şəkildə araşdırıldığı ilk tədqiqat əsəridir.

Dissertant Rəxşəndə Bayramova çıxışında qeyd edib ki, daşnak-bolşevik birliklərinin Quba qəzasında törətdiyi soyqırımı Xalq Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının (FTK) topladığı sənədlər və şahid ifadələri ilə tam sübuta yetirilib: “FTK-nın sənədləri ermənilərin Cənubi Qafqazda, o cümlədən Qubada törətdiyi vəhşilikləri ifşa edən əvəzolunmaz tarixi mənbədir”.

Dissertasiya Şurasının iclasında bildirilib ki, R.Bayramovanın 2018-ci ildə azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunan “Azərbaycanın Quba bölgəsi tarixin dönüş mərhələsində (1917-1920-ci illər)” adlı kitabı çap olunub. Nəşrin elmi redaktoru akademik Yaqub Mahmudovdur.

Xatırladaq ki, daşnak Hamazasp qubalılara müraciətində bu sözləri deyib: “Mən Sovet hakimiyyəti qurmağa və qayda-qanun yaratmağa yox, Xəzər dənizi sahillərindən Şahdağına qədər bütün müsəlmanları məhv etməyə gəlmişəm”.

Rəxşəndə Bayramovadan başqa, Tarix İnstitutunun Dissertasiya Şurasında “İrəvan xanlığında sosial-iqtisadi münasibətlər və dövlət quruluşu (1747-1828)” adlı dissertasiyanın müdafiəsi də olub. Dissertasiya işinin müəllifi Tural Məmmədov, elmi rəhbər isə akademik Yaqub Mahmudovdur.

Qeyd edək ki, bundan əvvəl “XX əsrdə Göyçə mahalı azərbaycanlılarına qarşı deportasiyalar və soyqırımlar”, “Azərbaycanın Zəngəzur bölgəsinin demoqrafik vəziyyətində dəyişikliklər (XIX əsr-XX əsrin 20-ci illəri)”, “Çar Rusiyasının işğalından sonra Şimali Azərbaycanın tarixi ərazi sistemində aparılan dəyişikliklər (XIX-XX əsrin əvvəlləri)” mövzusunda dissertasiyaların da müdafiəsi keçirilib.

"28 May Respublika Günü" "Quba şəhərində Soyqırımı Memorial Kompleksi" ndə qeyd edildi

28 May Azərbaycan xalqının XX əsr tarixində ən əlamətdar, ən fəxarətli, uğurlu hadisələrlə, gözəl bayramlarla zəngin bir aydır. Bu gözəl may günlərinin biri- respublikamızın hər yerində təntənəli şəkildə qeyd olunan, öyrənilən, yenidən yaşanan və ölməzlik qazanan 28 May Respublika Günü – Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gündür. Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiiyi ərəfəsində 28.05.2018-ci il tarixində Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin tədbirlər planına əsasən, Xaçmaz şəhəri Z. Əliyeva adına 8 nömrəli tam orta məktəbinin şagirdlərinin iştirakı ilə “Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda viktorina təşkil edilmişdir. Sualları cavablandıran fəal şagirdlər kitab və hədiyyələrlə mükafatlandırılmışdır.

Soyqırımı Memorial Kompleksinin əməkdaşları “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda V Beynəlxalq elmi konfransında.

Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamına uyğun olaraq təşkil edilən beynəlxalq konfrans Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutu, Türkiyə Respublikası Nazirlər Kabineti yanında Atatürk Mədəniyyət, Dil və Tarix İdarəsi Atatürk Araşdırma Mərkəzi, Türkiyənin Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə 25-29 aprel 2018-ci il tarixində  Qusarda “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda  V Beynəlxalq elmi konfrans keçirilmidir.  Konfransın Azərbaycanla yanaşı, Türkiyə, Rusiya Federasiyası və onun müxtəlif subyektlərindən, Polşa, Albaniya, Özbəkistan, Qazaxıstan, Pakistan, Hindistan və İraqdan olan  görkəmli tarixçiləri iştirak etmişlər.

Konfransda iştirak edən Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin direktoru Rəxşəndə Bayramova “Quba qəzasında Soyqırımın həyata keçirilməsi və onun nəticələri”  adlı məqalə ilə çıxış etmişdir.

 

Azərbaycan Respublikası Daxili Qoşunların general-mayoru Fəxrəddin Səmədov , Belarusiya Respublikası DİN-nin Daxili Qoşunlarının zabitləri və hərbi qulluqçuları “Soyqırım kompleksi”ni  ziyarət etmişlər.

11.10.2017-ci ildə Azərbaycan Respublikası Daxili Qoşunların general-mayoru Fəxrəddin Səmədov , Belarusiya Respublikası DİN-nin Daxili Qoşunlarının zabitləri və hərbi qulluqçuları “Soyqırım kompleksi”ni  ziyarət etmişlər. Qonaqlar xatirə kitabına ürək sözlərini yazmışlar.

Azərbaycan Ədliyyə Nazirliyinin Pentensial xidmətinin generalı Huseyn Əlixanlı, Belarusiya Respublikası DİN-in Cəzaların icrası Departamentinin rəisi  və digər qonaqlar  Qubaya səfəri zamanı “Soyqirim kompleksi”nə gəlmişlər.

23.09.2017-ci ildə Azərbaycan Ədliyyə Nazirliyinin Pentensial xidmətinin generalı Huseyn Əlixanlı, Belarusiya Respublikası DİN-in Cəzaların icrası Departamentinin rəisi, milis mayoru Doroşko Sergey İvanoviç, idarə rəisləri Nestyuk Valeri , Kraftsov Aleksandır və digər qonaqlar  Qubaya səfəri zamanı “Soyqirim kompleksi”nə gəlmişlər.