Soyqırım hadisələrini əks etdirən sənədlər və fotoşəkillərin təbliği, yerli və əcnəbi ziyarətçilər üçün peşəkar ekskursiyaların aparılmasında mühim rol oynayır.
"28 May Respublika Günü" "Quba şəhərində Soyqırımı Memorial Kompleksi" ndə qeyd edildi
28 May Azərbaycan xalqının XX əsr tarixində ən əlamətdar, ən fəxarətli, uğurlu hadisələrlə, gözəl bayramlarla zəngin bir aydır. Bu gözəl may günlərinin biri- respublikamızın hər yerində təntənəli şəkildə qeyd olunan, öyrənilən, yenidən yaşanan və ölməzlik qazanan 28 May Respublika Günü – Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gündür. Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiiyi ərəfəsində 28.05.2018-ci il tarixində Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin tədbirlər planına əsasən, Xaçmaz şəhəri Z. Əliyeva adına 8 nömrəli tam orta məktəbinin şagirdlərinin iştirakı ilə “Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda viktorina təşkil edilmişdir. Sualları cavablandıran fəal şagirdlər kitab və hədiyyələrlə mükafatlandırılmışdır.
Missiyamız
Əsas məqsəd soyqırımın həqiqətlərinin dünyaya çatdırılmasıdır.
Soyqırımı Memorial Kompleksinin əməkdaşları “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda V Beynəlxalq elmi konfransında.
Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamına uyğun olaraq təşkil edilən beynəlxalq konfrans Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutu, Türkiyə Respublikası Nazirlər Kabineti yanında Atatürk Mədəniyyət, Dil və Tarix İdarəsi Atatürk Araşdırma Mərkəzi, Türkiyənin Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə 25-29 aprel 2018-ci il tarixində Qusarda “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda V Beynəlxalq elmi konfrans keçirilmidir. Konfransın Azərbaycanla yanaşı, Türkiyə, Rusiya Federasiyası və onun müxtəlif subyektlərindən, Polşa, Albaniya, Özbəkistan, Qazaxıstan, Pakistan, Hindistan və İraqdan olan görkəmli tarixçiləri iştirak etmişlər.
Konfransda iştirak edən Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin direktoru Rəxşəndə Bayramova “Quba qəzasında Soyqırımın həyata keçirilməsi və onun nəticələri” adlı məqalə ilə çıxış etmişdir.
selindex
faydalı keçidlər
Azərbaycan Respublikası Daxili Qoşunların general-mayoru Fəxrəddin Səmədov , Belarusiya Respublikası DİN-nin Daxili Qoşunlarının zabitləri və hərbi qulluqçuları “Soyqırım kompleksi”ni ziyarət etmişlər.
11.10.2017-ci ildə Azərbaycan Respublikası Daxili Qoşunların general-mayoru Fəxrəddin Səmədov , Belarusiya Respublikası DİN-nin Daxili Qoşunlarının zabitləri və hərbi qulluqçuları “Soyqırım kompleksi”ni ziyarət etmişlər. Qonaqlar xatirə kitabına ürək sözlərini yazmışlar.
Azərbaycan Ədliyyə Nazirliyinin Pentensial xidmətinin generalı Huseyn Əlixanlı, Belarusiya Respublikası DİN-in Cəzaların icrası Departamentinin rəisi və digər qonaqlar Qubaya səfəri zamanı “Soyqirim kompleksi”nə gəlmişlər.
23.09.2017-ci ildə Azərbaycan Ədliyyə Nazirliyinin Pentensial xidmətinin generalı Huseyn Əlixanlı, Belarusiya Respublikası DİN-in Cəzaların icrası Departamentinin rəisi, milis mayoru Doroşko Sergey İvanoviç, idarə rəisləri Nestyuk Valeri , Kraftsov Aleksandır və digər qonaqlar Qubaya səfəri zamanı “Soyqirim kompleksi”nə gəlmişlər.
Belarusiya Respublikasının Ədliyyə Naziri Oleq Slijevski, Nazirlik əməkdaşları və Quba rayon Məhkəməsinin sədri Fizuli Pənahov “Soyqırım memorial kompleksi”ni ziyarət
22.09.2017-ci ildə Belarusiya Respublikasının Ədliyyə Naziri Oleq Slijevski, Nazirlik əməkdaşları və Quba rayon Məhkəməsinin sədri Fizuli Pənahov “Soyqırım memorial kompleksi”ni ziyarət etmişlər.
Türkiyyə – Azərbaycan Dayanişma və Kültür Dərnəyinin genel başkanı Sefer Karakoyunlu və 17 nəfər əməkdaşı “Soyqırım memorial kompleksi”ni ziyarət etmişlər.
13.09.2017 ci ildə Türkiyyə – Azərbaycan Dayanişma və Kültür Dərnəyinin genel başkanı Sefer Karakoyunlu və 17 nəfər əməkdaşı “Soyqırım memorial kompleksi”ni ziyarət etmişlər. Ziyarət zamanı qonaqlar gordüklərini sosial şəbəkələr vasitəsi ilə bir başa yayinlamışdırlar. Sonda qonaqlar xatirə kitabına təəsuratlarıni yazmişdırlar.
Xorvatiya Respublikasının sabiq prezidenti İvo Yosipoviç , Quba Rayon RİH in rəsmiləri və digər qonaqlar Kompleksdə olmuşlar
23.08.2017 ci ildə Xorvatiya Respublikasının sabiq prezidenti İvo Yosipoviç , Quba Rayon RİH in rəsmiləri və digər qonaqlar Kompleksdə olmuşlar. Sabiq Prezident öz ürək sözlərini xatirə kitabına yazmısdır.
Ankaradan Pursaklar bələdiyyə başqanı Səlcuk Çətinin rəhbərlik etdiyi nümayəndə heyəti, EkoAvrasyanın sədri Hikmət Ərən və təşkilatın üzvləri və başqaları Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Q.Paşayevanın müşayiəti ilə Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər
18.08.2017 ci ildə Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin və Avrasya Ekonomik İlişkilər Dərnəyinin (EkoAvrasya) dəstəyi və təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan Ankaradan Pursaklar bələdiyyə başqanı Səlcuk Çətinin rəhbərlik etdiyi nümayəndə heyəti, EkoAvrasyanın sədri Hikmət Ərən və təşkilatın üzvləri, Türkiyənin bir sıra QHT rəhbərləri, KİV təmsilçiləri və aydınları millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Q.Paşayevanın müşayiəti ilə Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər


