
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə keçirilən “XX əsr Türk-Müsəlman Soyqırımları, Bakının Qafqaz İslam Ordusu tərəfindən qurtuluşundan Qarabağ Zəfərinə doğru Azərbaycan-Türkiyə münasibətləri” mövzusunda II Beynəlxaq Quba Elmi Simpoziumu sona çatmışdır.
Bölmə iclaslarında elmi məqalələri ilə uğurlu çıxış edən tədqiqatçı-alimlərə Seritifikatlar təqdim edilmişdir. Sertifikata layiq görülənlər sırasında Kompleksin direktor müavini Mehriban Əliyeva və mütəxəssisi Ülkər Zeynalova da yer alır.
Azərbaycan, Türkiyə, Rusiya və Kuzey Kibris Türk Cümhuriyyətindən 50-ə qədər alim və tədqiqatçının iştirak etdiyi II Beynəlxaq Quba Elmi Simopoziumun bölmə iclaslarında alimlərin məruzələri dinlənilmiş, geniş müzakirələr aparılmışdır.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” və Azərbaycan Pedaqoji Universitetinin “Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının birgə təşkilatçılığı ilə keçirilən “XX əsr Türk-Müsəlman Soyqırımları, Bakının Qafqaz İslam Ordusu tərəfindən Qurtuluşundan Qarabağ Zəfərinə Azərbaycan-Türkiyən münasibətləri”adlı elmi simpozium açılış mərasimi keçirilmişdir.
Simpoziumun keçirilməsində əsas məqsəd regionda elm və tarixin inkişafına dəstək olmaq, XX əsr soyqırımı həqiqətlərini bir daha araşdırmaq, Azərbaycan Xalq Cümhuriyyəti və Türkiyə-Azərbaycan dostluğunun tarixini, 44 günlük vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərimizi böyük fəxr və qürurla dünya ictimaiyyətinə çatdırmaq və bu sahədə araşdırma aparan alim və tədqiqatçıları bir araya gətirməkdır.
XX əsr Türk-Müsəlman Soyqırımları, Bakının Qafqaz İslam Ordusu tərəfindən Qurtuluşundan Qarabağ Zəfərinə doğru Azərbaycan-Türkiyə münasibətləri Bakının erməni – daşnak, bolşevik işğalından azad edilməsinin 103 illiyinə həsr olunmuş ll Beynəlxalq Quba Elmi Simpoziumuna start verildi !XX əsr Türk-Müsəlman Soyqırımları, Bakının Qafqaz İslam Ordusu tərəfindən Qurtuluşundan Qarabağ Zəfərinə doğru Azərbaycan-Türkiyə münasibətləri Bakının erməni – daşnak, bolşevik işğalından azad edilməsinin 103 illiyinə həsr olunmuş ll Beynəlxalq Quba Elmi Simpoziumuna start verildi !
Tarixdə bu gün. Ermənistan hərbi birləşmələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilən Ballıqaya qətliamından 29 il keçir.

1992-ci il avqustun 27-dən 28-nə keçən gecə erməni quldurları Laçın rayonundan məcburi köçkün düşən və Goranboy rayonunun Ballıqaya kəndində müvəqqəti məskunlaşmış 24 nəfər azərbaycanlı mülki şəxsi amansızlıqla qətlə yetirib, 9 nəfəri yaralayıblar. Qətlə yetirilənlərin arasında 6 azyaşlı uşaq, o cümlədən 6 aylıq körpə də olub, 3 azyaşlı uşaq hər iki valideynini itirib. Öldürülmüş dinc insanların bəzilərinin meyitləri yandırılıb. Ümumilikdə öldürülənlərin əksəriyyəti uşaqlar, qadınlar və qocalar olub.
Tarixdə bu gün. 28 avqust 1919-cu il — Azərbaycan Xalq Cümhuriyyəti hökuməti xalq maarifinin, orta məktəblərin milliləşdirilməsi haqqında qanun qəbul etmişdir.

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, birinci xanım Mehriban Əliyevanı səmimi qəlbdən təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı və gələcək fəaliyyətndə uğurlar arzulayırıq. Xatırladaq ki, 2013-cü lldə iistifadəyə verilən Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” Heydər Əliyev Fondu tərəfindən inşa edilmişdir.
Tarixçilərimizin qələmindən
Tarixdə bu gün. 1919-cu il avqustun 18-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən sərhəd mühafizəsi ilə bağlı ilk rəsmi sənəd - "Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında" qanun qəbul olunmuşdur.

Bu gün Misir və Livan dövlətlərindən gəlmiş bir qrup tanınmış ərəb tədqiqatçı və jurnalistlər rayonumuza səfərləri çərçivəsində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət etmişlər.
Elan: 10-11 sentyabr 2021-ci il tarixlərində Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə keçiriləcək Beynəlxalq Simpoziumda iştirak etmək istəyənlərin nəzərinə:
