17.04.2021-ci il tarixində saat 11.00-da Quba Soyqırımı Kompleksinin direktoru tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramovanın moderatorluğu ilə "18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü" ilə əlaqədar "Şimali-şərqi Azərbaycanın tarixi abidələri" mövzusunda onlayn elmi seminar keçiriləcəkdir. Seminarda sözü gedən mövzu haqqında arxeoloq, tarix üzrə fəlsəfə doktoru, Laçın Mustafayev məruzə edəcəkdir.
Əziz ziyarətçilərimiz!

Hər il aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.
Bu əlamətdar gün Azərbaycanda da geniş qeyd olunur. Hər il bu tarixdə qoruqlarda o cümlədən Quba şəhərində “Soyqırımı Memorial Kompleksində” tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədi ilə müxtəlif layihələr və tədbirlər keçirilir. Bu il həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumatları təqdim edir və Sizləri Kompleksimizi ziyarətə dəvət edirik.
Keçirilməsi nəzərədə tutulan layihə və tədbirlər:
1. 15-18 aprel Kompleksin sosial şəbəkələrdə mövcud olan səhifə profillərində ölkəmizin mədəni irsinin inciləri sayılan qorunan abidələrimiz və tarixi yerlər barədə hazırlanmış müxtəlif sənədli filmlərin izləyicilərə təqdim olunması;.
2. 15-18 aprel Kompleksin muzeyində tarixi abidələr haqqında sənədli filmlərin nümayişi;
3. 17-18 aprel Kompleksə gələn ziyarətçilər üçün muzeyin çıxışında –bayraq meydançasında 1918-ci ilə aid hadisələr ilə bağlı suallar əsasında viktorinanın təşkil olunması və viktorinada fəal olan iştirakçılara kiçik hədiyyələrin təqdim olunması həmçini “18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” barədə məlumatların verilməsi;
4. 17-18 aprel Kompleksə ziyarətə gələcək azyaşlılara müxtəlif kiçik hədiyyə, şar və bayraqların verilməsi;
5. 17-18 aprel Quba şəhərində yerləşən qorunan tarixi abidələr barədə Kompleksın mütəxəssisləri tərəfindən hazırlanmış videoçarxın sosial şəbəkələrdə yayımlanması və təbliq olunması;
6. 17-18 aprel İşğaldan azad olunmuş ərazilərdə erməni vandalizmi nəticəsində dağıdılmış mədəni və tarixi abidələrin fotoşəkilləri əsasında hazırlanmış slaydın təqdim olunması;
7. 17-18 aprel 1918-ci ildə Qubada baş verən soyqırımları zamanı dağıntıya məruz qalmış rayonun Alpan kəndində yerləşən “Subaba” türbəsi və qədim qəbir daşları haqqında məlumatların əks olunduğu videoçarxın Kompleksə aid sosial şəbəkələrdə yayımlanmasının təşkili;
8. 17-aprel Soyqırımı Memorial Kompleksinin təşkilatçılığı ilə “Şimali-şərqi Azərbaycanın tarixi abidələri” mövzusunda onlayn seminarın keçirilməsi.
Tarixdə bu gün Bu gün Quba qəzasının yaradıldığı gündən 180 il keçir. 1840-cı ilin 10 aprelindən -1929-cu ilin sonunadək mövcud olmuş bu inzibati idarəetmə forması, mərkəz Quba şəhəri olmaqla 90 il davam etmişdir.
Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşəbbüsü ilə Türkiyəli iş adamlarından ibarət nümayəndə heyəti Quba rayonuna səfər etmişlər. Səfər çərçivəsində qonaqlar Quba şəhərində “Soyqırımı Memorial Kompleks”ini ziyarət etmişlər.
Ziyarətçilərə erməni vandallarının 1918-ci ildə Azərbaycanda o cümlədən Qubada törətdikləri insanlığa sığmayan vəhşilikəri haqqında ətraflı məlumat verilmişdir.
Görüşün sonunda Kompleks tərəfindən hazırlanan təbliğat və tanıtım xarakterli, buklet, müxtəlif kitabçalar, flayer və digər çap məhsulları gələn ziyarətçilərə, Türkiyəli qonaqlar tərəfindən isə Soyqırımı Memorial Kompleksinə xatirə hədiyyəsi təqdim edilmişdir.
2016- cı il 4 günlük Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir.

Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"ndə “31 Mart Azərbaycanlıların Soyqırımı”nın 103-cü il dönümünə həsr edilmiş anım tədbiri təşkil edilmişdir. Anım tədbirində Azərbaycan Respublikası Mədəniyyət Naziri cənab Anar Kərimov, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi cənab Azad Cəfərli, Quba Rayonu Icra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları iştirak etmişlər
İlk öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş, daha sonra Memorial Kompleksdə soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni zayarət edərək, önünə gül dəstələri düzmüşlər. Tədbir iştirakçıları Kompleksin muzeyini ziyarət etməklə yanaşı “31 mart Azərbaycanlıların Soyqırımı Günü”nə həsr edilən foto və kitab sərgisi ilə tanış olmuşlar.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı və könüllü gənclərin iştirakı ilə 31 Mart Azərbaycanlıların Soyqırımının 103-cü ildönümünə həsr edilmiş videoçarxı Sizlərə təqdim edirik.
31 Mart Azərbatcanlıların Soyqırımının 103-cü ildönümü ilə əlaqədar Quba şəhərində "Soyqırımı Memorial Kompleksi" və Azərbaycan İlahiyyat Universitetinin birgə təşkilatçılığı ilə onlayn elmi seminar keçirilmişdir


