
"Qarabağ abidələrini taniyaq və tanıdaq!” layihəsi çərçivəsində təqdim olunur. Şuşa tarixi-memarlıq abidələri

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
Məlumat verdiyimiz kimi, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasında səfərdədir.
Səfər çərçivəsində nazir Anar Kərimovun Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Ankarada görüşü keçirilib.
Martın 2-də baş tutan görüşdə ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub, mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsindən məmnunluq ifadə edilib. Ölkələrimizin həyata keçirdikləri birgə layihələrin əhəmiyyəti vurğulanıb. Dövlət rəsmilərinin qarşılıqlı səfərlərinin iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi işinə töhfə verdiyi bildirilib.
Görüş zamanı Türkiyə ilə Azərbaycan birliyinin təcəssümü olan tarixi Zəfərdən, 44 günlük Vətən müharibəsində qardaş ölkənin göstərdiyi böyük dəstəkdən söz açılıb.
Görüşdə ikitərəfli münasibətlər, mədəniyyət sahəsində inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
Beynəlxalq Muzeylər Şurasının (ICOM) rəsmi saytında Soyqırımı Memorial Kompleksi tərəfindən Xocalı Soyqırımı ildönümu ilə əlaqədar hazırlanmış təbliğat posteri əsas səhifədə paylaşılmışdır. Xocalı soyqırımı ümumbəşəri cinayətdir!

A.M.Cəfərlinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azad Məhyəddin oğlu Cəfərli Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 fevral 2021-ci il.
Ziyarətçilərin nəzərinə
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən 01 aprel 2021-ci il tarixinədək bazar ertəsi günləri dezinfeksiya tədbirləri görülməsi məqsədi ilə qoruqlarda, o cümlədən Soyqırımı Memorial Kompleksində qeyri iş günü müəyyən edilmişdir.
Xatırlatmaq istərdik ki, Kompleksdə çərşənbə axşamı-bazar günləri daxil olmaqla həftənin 6 günü saat 10.00-17.00-dək ziyarətçi qəbulu həyata keçirilir və göstərilən xidmətlər ödənişsizdir.
Rəxşəndə Bayramova/ Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin direktoru
Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdullah bin Xudeyri Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət etmişdir
Tarixdə bu gün Türkmənçay müqaviləsi - 10 fevral 1828-ci il

"Qarabağ abidələrini taniyaq və tanıdaq!” layihəsi çərçivəsində təqdim olunur

Tarixdə bu gün

6 fevral 1905-ci il tarixində Bakıda erməni-daşnak silahlı dəstələrinin müsəlman əhaliyə qarşı kütləvi qırğınları başlayıb. Çar Rusiyası hakim dairələrinin ölkədəki inqilab dalğasından diqqəti yayındırmaq üçün təhrik etdikləri toqquşmalar fevralın 9-dək davam edib və erməni silahlı dəstələri mindən çox müsəlman-türkü qətlə yetiriblər. Bakıda bir müddət hərbi vəziyyət elan edilib, lakin erməni silahlı qüvvələrinin müsəlman əhaliyə qarşı hücumları fasilələrlə sonrakı dövrdə də (1907-ci ilədək) davam edib.
Azərbaycanlıların ilkin deportasiyası. (1801-1807)

Kompleksin bələdçisi "Gənclər Günü"ilə əlaqədar Fəxri Fərmanla təltif edilmişdir.

Azərbaycan Respubikasının ictimai həyatında fəal iştirakına və gənclər siyasəti sahəsində səmərəli və uğurlu fəaliyyətində fərqləndiyinə görə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin əməkdaşı Abutalib Turabov “E MEDİA GROUP” tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur.

