
ELAN: Əziz izləyicilərimiz,
Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci il dönümü ilə əlaqədar Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin bir qrup əməkdaşı Quba şəhəri Heydər Əliyev istirahət parkında dahi Öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, gül dəstələri düzmüşlər. Daha sonra əməkdaşlar Heydər Əliyev Mərkəzini ziyarət edərək, dahi öndərin həyat və yaradıcılığı ilə yaxından tanış olmuşlar.
Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşəbbüsü ilə Türkiyənin Azərbaycana yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri cənab Cahit Bağçı Quba rayonuna səfər etmişdir. Səfər çərçivəsində C.Bağçı bir qrup Türkiyəli iş adamları ilə birgə Quba şəhərində “Soyqırımı Memorial Kompleks”ini ziyarət etmişdir
Bu gün dünya şöhrətli dövlət xadimi ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür. Azərbaycan dövlətinin müstəqilliyinin qorunub möhkəmləndirilməsi və onun inkişafında misilsiz xidmətləri olan Ulu öndər xalqımız tərəfindən daima yüksək fəxrlə anılır və əziz xatirəsi böyük ehtiramla yad edilir.

9 MAY FAŞİZM ÜZƏRİNDƏ QƏLƏBƏ GÜNÜ

Azərbaycan dövləti və vətəndaşları II dünya müharibəsinin ağrı acısını görmüş və böyük əzmkarlıq nümayiş etdirmişlər. Belə ki, müharibədə Azərbaycan vətəndaşı olan 600 mindən çox insan bu müharıbədə iştirak etmiş, 130-dan çox azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş və 170 mindən çox əsgər və zabit isə müxtəlif orden və medallarla təltif edilmişlər.
III hissə- Qərar 31 avqust 1918-ci il, Gəncə şəhəri.

Quba soyqırımı 1918-ci il (1-9 May)

Tarixdə bu gün D.Gelovaninin Qubaya gəlişi ( aprel 1918)
1918-ci ilin aprelində Bakı şəhəri və Bakı quberniyası bolşeviklərin əlinə keçdiyi bir vaxtda S.Şaumyanın tapşırığı ilə Quba qəzasında hakimiyyəti ələ keçirmək üçun əslən gürcü menşevik David Gelovani 200-ə yaxın silahlı əsgərlə (ermənilərdən ibarət) Qubaya göndərilir. Burada özünü Quba Qəza Komissarı elan edən D.Gelovani yerli əhaliyə bolşevik hakimiyyətini tanımaq üçün 2 saat vaxt verir və çarəsiz qalan şəhər idarəetməsi bu təkliflə razılaşırlar. Qəzaya gələn kimi ilk növbədə D.Gelovani yerli camaatın tərksilah, edib həbsxanada saxladıqları quldur iki yüzdən artıq ermənini azadlığa buraxdırır. Gelovanının dəstə üzvləri və azadlığa çıxmış ermənilər tərəfindən şəhərdə yerli sakinlərə qarşı quldurluq, sui qəsd halları artır. Bolşevizm adı ilə qəzada baş verən bu vəhşilikləri görən yerli sakinlər bir neçə gün sonra dəstələr təşkil edir və yerli müqavimət hərəkatına başlanılır. Qədim təqvimlə 9-11 aprel / 19-23 apreldə tarixdə “3 günlük döyüşlər” kimi qalmış bu mübarizədə Gelovanı və onun silahli dəstələri Quba qəzasından qovulur. Şəhərdən çıxarkən, o, buradakı erməniləri də özü ilə aparır. Qubalılar tərəfindən döyüşlərdə bir xeyli erməni quldur məhv edilir. Qəzada yenə əmin amanlıq bərqərar olur. Lakin qubalılar bir qədər sonra may ayının 1-də yaşadıqları diyara daha bətər cəllad Hamazaspın rəhbərliyi ilə daşnak ermənilərdən ibarət qoşunun gələcəyindən və 9 gün ərzində soyqırımı törədiləcəyindən xəbərsiz idilər.
1918-ci ildə Azərbaycanlılara qarşı törədilmiş soyqırımları barədə Azərbaycan Xalq Cümhuriyyəti Xarici İslər Naziri Məmmədhəsən Hacinskinin 15 iyul 1918-ci ildə hökumətə ünvanladığı məruzəsi və həmin tarixdə bu məruzəyə əsasən hazırlanmış çıxarışı, 30 avqust 1918 cil il tarixində isə çıxarışa müvafiq olaraq Fövqəladə Təhqiqat Komissiyanın yaradılması haqqında Gəncə şəhərində imzalanmış qərarın surəti Kompleksin muzeyində nümayiş olunur. Həmin sənədlərin fotoşəkillərini və mətnini təqdim edirik.

İsrail Dövlətinin missiya rəhbərinin müavini, Müvəqqəti İşlər Vəkili cənab Doron Pe'er Quba rayonuna səfər etmişdir.Səfər çərçivəsində qonaq Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət etmişdir.
İsrail Dövlətinin missiya rəhbərinin müavini, Müvəqqəti İşlər Vəkili cənab Doron Pe’er Quba rayonuna səfər etmişdir.Səfər çərçivəsində qonaq Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət etmiş və soyqırımı qurbanlarının xatirəsinə ucalmış abidənin önünə gül-çiçək düzmüşdür. Cənab Doron Peerə erməni vandallarının 1918-ci ildə Azərbaycanda, o cümlədən Qubada törətdikləri insanlığa sığmayan vəhşilikər haqqında ətraflı məlumat verilmiş və bu soyqırımı zamanı Qubada yaşayan yəhudilərində erməni terrorunun qurbanına çevrildiyi bildirilmişdir.