• qsmk@soyqirim.az
  • (023)336-37-07
Xəbərlər
Hörmətli izləyicilər! Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin və “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun birgə əməkdaşlığı çərçivəsində 01.08.2024-cü il tarixindən etibarən Kompleksdə “Qədim Şabranın yaşayış mədəniyyəti” adlı sərgi təşkil ediləcək.
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı Qarabağa səfər etmişdir. Səfər çərçivəsində tarixçi-alim Zəngilan rayonunun Ağalı kənd məktəbinə Kompleksə aid 1918-ci il azərbaycanlılara qarşı törədilmiş soyqırımları özündə əks etdirən kitab və bukletləri hədiyyə etmişdir.
İyulun 8-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert şurasının həyata keçirilmiş işlərə və qarşıda duran vəzifələrə dair iclası keçirilib.
26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü ilə əlaqədar Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə tədbir təşkil olunub. “26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür" adlı tədbirdə Soyqırımı Memorial Kompleksinin Elmi Araşdırmalar, Ekspozisiya və Fond şöbəsinin, eləcə də “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunun əməkdaşları iştirak etmişlər.
S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyasında "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş "Azərbaycanda elm və təhsilə şagird baxışı" mövzusunda IV şagird respublika elmi-praktik konfransı keçirilib.
15 İyun Qurtuluş Günü ilə əlaqədar olaraq Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə tədbir keçirilib.
15 İyun Qurtuluş Günü, eləcə də 2024-cü il “Yaşıl Dünya naminə Həmrəylik İli” ilə əlaqədar olaraq Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin təşəbbüsü ilə Quba şəhərinin bir sıra küçə və parklarında iməclik kampaniyası keçirilmişdir. Kampaniyada iştirak edən Kompleksin bir qrup əməkdaşı ətraf mühiti qorumaq məqsədilə təmizlik işləri aparmışlar.
Bakı Dövlət Universitetinin Tarix fakültəsinin və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin birgə təşkilatçılığı ilə 28 May Respublika Gününə həsr olunmuş “Müsəlman Şərqinin ilk parlamentli respublikası tarixi tədqiqatlarda” mövzusunda Respublika elmi-praktik konfrans keçirilmişdir.
"Azərbaycan-Ulu diyar" layihəsi çərçivəsində Zaqatala və Qax rayonlarına səfər
ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qubaya səfəri çərçivəsində Soyqırımı Memorial Kompleksini ziyarət ediblər. Ziyarətçilərə 1918-ci il soyqırımları haqqında ətraflı məlumat verilib.
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin 2024-cü ilin II yarımili üçün təsdiq olunmuş tədbirlər planına əsasən, “Ustad dərsləri”nin keçirilməsi davam etdirilir. 18 May Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Soyqırımı Memorial Kompleksində ADMİU-nun Muzeyşünaslıq kafedrasının müdiri pedaqogika üzrə fəlsəfə doktoru, dosent Yegənə Eyvazovanın iştirakı ilə “Muzeyşünaslığın inkişaf perespektivləri” adlı hibrid formatda “Ustad dərsi” təşkil olunub.
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin əməkdaşları 18 May Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Quba rayonunun I Nügədi kəndində yerləşən Hündür Gümbəzli məscidi və Təngaltı kəndindəki Seyidlər məscidini ziyarət etmişlər.
1 10 11 12 13 14 64